Hava çirkliliyi hər il dünya boyu milyonlarla insanın ölümünə səbəb olur. Hər 10 nəfərdən doqquzu çox sayda çirkləndirilcilərin olduğu havanı nəfəs alır. Bu, Ümumdünya Səhiyyə Təşkilatının çirklənmə ilə bağlı apardığı ən son araşdırmadan sonra gəldiyi nəticədir. Təşkilat 108 ölkənin 4300 şəhərindən məlumat toplayıb.
Hava çirkliliyinin sizin ağ ciyərləriniz və ürək-damar sisteminizə problem yaratmasının qarşısını almağın real yolu hava çirkliliyini azaltmaqdır.Maria Neira
Monqolustanın paytaxtı Ulan Batorda boğucu dərəcədə çirkli havaya qarşı mübarizənin yeni yolu oksigen kokteylidir. Bu oksigen kokteyllərinin satışı qışda insanlar istilənmək üçün kömür yandırdığı zaman sürətlə artır.
“Oksigeni kokteyl halında içəndə o, sizin bədəninizə daha sürətli şəkildə daxil olur,” deyə Oksigen kokteylinin satıcısı Amqalan Tuvşinqohton bildirib.
Alimlər deyir ki, bu iddialar əsassızdır. Amma hər kəs problemin ciddi olduğu ilə bağlı həmfikirdir. Ulan Batorda hava çirkliliyi Ümumdünya Səhiyyə Təşkilatının təyin etdiyi limitin 100 qatına çıxa bilir.
“Hava çirkliliyinin sizin ağ ciyərləriniz və ürək-damar sisteminizə problem yaratmasının qarşısını almağın real yolu hava çirkliliyini azaltmaqdır,” deyə Ümumdünya Səhiyyə Təşkilatından Maria Neira bildirir.
ÜST hər il 7 milyon insanın hava çirkliliyindən öldüyünü təxmin edir. Nitrat, sulfat və qara karbonun kiçik hisscikləri ağ ciyər və ürək-damar sisteminə daxil ola və ürək-tutlması, ciyər xərçəngi kimi xəstəliklərə, eləcə də pnevmoniya da daxil olmaqla, tənəffüs infeksiyalarına səbəb ola bilər.
Ölüm hallarının 90 faizindən çoxu aşağı və yüksək-gəlirli ölkələrdə baş verib, xüsusilə də Asiya və Afrikada. Təhlilçilər isə deyir ki, ÜST-nin ümumi göstəriciləri bu məlumata kölgə sala bilər.
“Hava çirkliliyini müzakirə edəndə, onun xüsusi qruplara təsirini nəzərə almaq lazımdır. Məsələn, bunlara gənclər, yaşlılar, ürək və ya nəfəs problemləri olan insanlar, magistrallar və zavodlar kimi hava çirkliliyi mənbələrinə yaxın yaşayan insanlar, habelə az-maaşlı, yaxşı nizamlanmayan işlərdə işləyən insanlar daxildir,” deyə Birminqam Universitetindən Vilyam Avis söyləyir.
Avis və onun Britaniyanın Birminqam Universitetindəki əməkdaşları Afrikalı tərəfdaşları ilə birlikdə Əddis-Əbəbə, Kampala və Nayrobidə sürətli urbanizasiyanın havanın keyfiyyətinə necə təsir göstərdiyini araşdırır. 2050-ci ilədək dünya əhalisinin üçdə ikisinin şəhərlərdə yaşayacağı gözlənilir.
Hava çirkliliyini müzakirə edəndə, onun xüsusi qruplara təsirini nəzərə almaq lazımdır. Məsələn, bunlara gənclər, yaşlılar, ürək və ya nəfəs problemləri olan insanlar, magistrallar və zavodlar kimi hava çirkliliyi mənbələrinə yaxın yaşayan insanlar, habelə az-maaşlı, yaxşı nizamlanmayan işlərdə işləyən insanlar daxildir.Vilyam Avis
“Şəhərdən kənarda yoxsul, qeyri-rəsmi yaşayış mənqətələrində inkişafın çox zəif olacağı güman edilir. Zəif planlaşdırılıb, idarə olunan və sürətli şəkildə böyüyən şəhərlər yoxsulluğun, bərabərsizliyin, habelə pisləşən hava keyfiyyəti səbəbilə ekoloji tənəzzülün mərkəzinə çevrilə bilər,” Avis söyləyir.
Ümumdünya Səhiyyə Təşkilatı bəzi irəliləyişlərin olduğunu, bir çox şəhərin ilk dəfə olaraq hava çirkliliyi ilə bağlı məlumat topladığını və onların siyasi təşəbbüslərinin bəhrə verdiyini bildirir. Onlar həmçinin Mexikonun 2025-ci ilədək dizel maşınlarını qadağan etmək planını vurğulayır.
Monqolustan höküməti şəhər məktəblərində hava filtrasiyası sistemlərini maaliyyələşdirməyə başlayıb. Tənqidçilər isə deyir ki, bu təşəbbüs sadəcə hava çirkliliyinin simptomları aradan qaldıracaq. Onlar həmçinin rəsmilərin hava çirkliliyinin mənbələrini azaltmaq üçün daha çox səy göstərməli olduqlarını deyir.