Accessibility links

Hava gəmisi dronları [Video]


Hava gəmisi dronları
please wait

No media source currently available

0:00 0:01:44 0:00

Elmi tədqiqatlardan tutmuş hava fotoqrafiyası kimi bir çox işdə artıq pilotun idarə etdiyi təyyarələr əvəzinə batareya ilə işləyən dronlardan istifadə olunur. Amma bu dronların bir böyük mənfi cəhəti var ki, bu da onların enerji mənbələrinin məhdud olmasıdır. San Fransiskoda fəaliyyət göstərən bir startap şirkət isə deyir ki, hava gəmiləri bütün bu işlərin çoxunu havada daha uzun müddət qalaraq yerinə yetirə bilər.

Dron
Dron

Kaliforniyada bir sahə üzərində yeddi metr uzunluğunda Mothership Scout adlı hərbi gəmi, arxasında isə dörd pəri olan drona bağlı kamera uçur. Lakin bir müddət sonra dron batareyası bitdiyi üçün yerə enir. Hava gəmisi isə günəş panellərinin sayəsində havada qalır.

Dizayner Conatan Nutzati deyir ki, onun məqsədi istifadə etdiyindən daha çox enerji istehsal edən“sonsuz kruiz” adlandırdığı hava gəmisi yaratmaq idi.

“Mothershipin əsas texnologiyası dronlar və ümumiyyətlə robot sektoruna, həm də hava robotu sənayesinə əlavə dəyər qatır,” Mothership Aeronautics-in baş icraçı direktoru Conatan Nutzati deyir.

Mothershipin əsas texnologiyası dronlar və ümumiyyətlə robot sektoruna, həm də hava robotu sənayesinə əlavə dəyər qatır.
Conatan Nutzati

Mothership Scout 400 vatt gücündəki günəş panelləri ilə işləyir. Bu panellər onun litium-polimer batareyasını doldurur. Hava gəmisinin uçuş hündürlüyü 150 metrdir və saatda 20 kilometr sürəti ilə hərəkət edir. Bir çox dronlardan böyük olan hava gəmisi 10 kilometr uzaqlıqdan belə görünür. Bu isə üstünlük olaraq qiymətləndirir, çünki ABŞ qaydalarına əsasən, fərdi şəxslərin idarə etdikləri dronlar onların gözləri ilə görəcəkləri məsafədə uçmalıdır.

“Əgər nəyisə səkkiz saat və ya uzun məsafə uçurmalısızınsa, o zaman bu hava gəmisindən istifadə etməyə dəyər,” Nutzati söyləyir.

Mothership Scout 5 kiloqrama qədər yük daşıya bilir. Mothership Aeronautics şirkəti bu hava gəmisini təkmilləşdirməyin üzərində işləyir. Onlar avto-pilot, eləcə də hidrogen yanacaq hüceyrəsi əlavə etməyi düşünürlər ki, beləcə hava gəmisi bütün gecə boyu uça bilsin.

XS
SM
MD
LG