Accessibility links

Koalisiya qüvvələrinin ehtiyatsızlığı nəticəsində beş ABŞ əsgəri həlak olub


ABŞ-ın müdafiə rəsmilərinin məlumatına görə, Əfqanıstanın cənubunda əməliyyat zamanı beş Amerika əsgəri həlak olub.

Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri bildirir ki, hadisə təhlükəsizlik əməliyyatı zamanı hərbi qüvvələrin düşmənlə təmas xəttinə yaxınlaşdığı vaxt baş verib.

Əfqan ordu rəsmiləri Zabul vilayətində baş vermiş insidentdə bir əfqan əsgərinin də öldüyünü deyir.

Vilayətin polis rəisi Qulam Saxı Ruqlavanay jurnalistlərə bildirib ki, koalisiya qüvvələri Zabulun Arqandab rayonunda təhlükəsizlik əməliyyatı keçirdikləri vaxt yaraqlıların pusqusuna düşüblər. Rəsmilər koalisiya qüvvələrinin havadan dəstək istədiklərini ancaq hava qüvvələrinin yanlışlıqla koalisiya qüvvələrinə atəş açdığını deyir.

Taliban hücumla bağlı məsuliyyəti öz üzərinə götürüb. Üsyançı qüvvələr həmçinin şənbə günü keçiriləcək prezident seçkilərinin ikinci turunda da hücumlar təşkil edəcəklərini xəbər veriblər.
XS
SM
MD
LG