Accessibility links

Hava yolları şirkətləri biletləri uçuzlaşdıracaq


ABŞ-ın iki hava yolları şirkəti və Kanadanın Air Canada şirkəti biletlərin ləğvinin azalmasının koronavirusun yayıldığı dövrdə vəziyyətin yaxşılaşdığına işarə adlandırb.

Southwest iyun ayı üçün daxili uçuşların artımı ilə bu ayın illik gəlirlərində 45%-lə 55% azalma müşahidə edildiyini bildirib. May ayında azalma 60%-lə 70% arasında olmuşdu.

United hava yolları daha çox xarici uçuşları nəzərdə tutaraq, iyun ayında azalmanın 90%, iyulda isə 75% olacağını proqnozlaşdırır.

Bütün şirkətlər bilet qiymətlərinin azaldılmasını planlaşdırır.

Southwest gündəlik nağd pulun iyun ayında 20 milyon, iyunda 30 milyondan 35 milyon dollaradək azalacağını deyib.

Air Canada isə gəlirlərin nə zaman sıfıra enəcəyinin proqnozlaşdırılmadığını və bunu gələcək aylarda gəlirlərin müəyyən edəcəyini bildirib.

United 20121-ci ildə ümümi kapital gəlirlərinə yardımların 2 milyard dollar olacağını bildirib. Bu il bu yardım 4.5 milyard dollar təşkil edib.

XS
SM
MD
LG