Accessibility links

Böyük hava yolları şirkətləri koronavirusa qarşı müxtəlif tədbirlər həyata keçirir


Böyük hava yolları şirkətləri koronavirusa qarşı müxtəlif tədbirlər həyata keçirir
please wait

No media source currently available

0:00 0:03:11 0:00

Böyük hava yolları şirkətləri sərnişinləri və ekipaj üzvlərini koronavirusdan qorumaq üçün uçuşlar zamanı üz maskaları taxmağı tələb edir. Onlardan bəziləri hətta müvəqqəti bir tədbir olaraq, sərnişinlər arasında məsafə yaratmaq üçün orta oturacaqların istifadəsinə icazə vermir. Bundan əlavə, qarşılıqlı əlaqəni məhdudlaşdırmaq üçün qəlyanaltılar və içki paylanması dayandırılıb.

Jet Blue, American, United, Southwest, Frontier və Lufthansa da daxil olmaqla, artıq böyük hava yoları şirkətləri sərnişinlərdən təyyarəyə minərkən üz maskası və ya örtük taxmağı tələb edir.

Frontier Hava Yollarının baş icraçı direktoru Barri Birri başqa tədbirlərin də görüldüyünü deyir. “Biz güclü təmizlənmə prosedurlarına və virusu öldürmək üçün təyyarələrimizə duman vurmağa başladıq. Bir neçə ay əvvəl sərnişinlərimizin sağlamlığı ilə bağlı sertifikatlar paylamağa, keçən həftənin cümə günündən isə sərnişinlərin hamısında üz örtükləri olmasını elan etdik."

Hava Yolları Birliyi Assosiasiyasının Pilotların Təhlükəsizliyi Bürosunun keçmiş rəhbəri, kapitan Con Koks bu addımları alqışlayır. “Onlar sənişinlərin təhlükəsizliyini maksimum qorumaq və onların sağlamlığına ciddi diqqət yetirildiklərinə dair iki mühafizəkar işi birlikdə görürlər.”

Virus geniş yayılmağa başlayandan bəri bir çox təyyarələr demək olar ki, boş idi. Lakin bu yaxınlarda sərnişinlər üz örtükləri taxmağa və əsas sosial uzaqlaşma qaydalarına əməl etməyə başlayandan bəri daha çox sərnişin olan təyyarələrin fotoları yayılmağa başlayıb. Sərnişin Prinses Conson son bir uçuşu belə təsvir edir: “Bu, klostrofobik bir mənzərəyə bənzəyirdi, çünki boş yer yox idi. Mənə elə gəllirdi ki, kimsə asqırsa, hamımız xəstələnərik."

Lakin Mayk Riçi bunu başqa cür təsvir edir: "Uçuş yaxşı keçdi. Stüardessalar hamının lazım olduğu kimi oturmasına yardım etdi. Gərək olsa bir də uçardım."

Southwest Airlines şirkətinin rəsmiləri işçilərinin təyyarələrinin səthini virusu öldürən elektrostatik təmizləyicilərlə dezinfeksiya etdiklərini deyir.

Digər tədbirlər: sosial yaxınlaşmanı məhdudlaşdırmaq üçün qəlyanaltılar və içkilərin paylanmasını dayandırmaqü və sosial məsafənin qorunması üçün ortadakı oturacaqları boş qoymaq.

Lakin başqa hava yolları şirkətləri üz maskalarının gərək olduğunu deyərək, orta oturacaqlarda oturmağa icazə verir. Frontier şirkəti orta oturacağın boş qalması üçün sərnişinlərdən 39 dollar alır. Barri Biffl: “Son bir ayda biz hər cərgədən bir aranı boş qoyuruq. Bəzi şirkətlər orta oturacaqları boş qoyur, lakin onlar buna zəmanət vermir. Buna görə biz orta oturacağın boş qalmasının zəmanətli variantını təqdim etdik."

Biffl "COVID-19" böhranı səbəbiylə mart ayında qəbul edilən CARES qanununa əsasən iqtisadi böhrana yardım məqsədilə federal fondların şirkətə 170 milyon dollar ödəyəcəyini deyir. Bu, Frontier şirkətinə sentyabr ayına qədər əmək haqlarının yarısını ödəməyə kömək edəcək.

XS
SM
MD
LG