Accessibility links

Xəbərdarlıq: Temperaturlar 40-44, bəzi hallarda 46 dərəcə olacaq


İsti hava
İsti hava

İyulun 3-də və 4-də Azərbaycan ərazisində anomal qızmar hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 40-43, Aran rayonlarında və Naxçıvanda 40-44, bəzi yerlərdə 46, Qazax-Gəncə zonası, Böyük Qafqaz, Lənkəran-Astara rayonlarında 38-42, dağlıq rayonlarda isə 28-33 dərəcə isti təşkil edəcək.

Milli Hidrometeorologiya Departamenti bildirir ki, Abşeron yarımadasında isti hava dalğası ilə bağlı qızmar temperatur diskomfortu əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir.

Departament gündüz saatlarında uzun müddət açıq havada olmamağı məsləhət görür.

İyulun 3-də Abşeron çimərliklərində suyun temperaturu 28-30 dərəcə təşkil edəcək.

XS
SM
MD
LG