Accessibility links

Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq göndərilib


Dalğalı dənizdə gəmi
Dalğalı dənizdə gəmi

Oktyabrın 5-dən başlayaraq oktyabrın 6-sı gündüz saatlarınadək Xəzər Dənizi akvatoriyasında gözlənilən hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin donanmasına aid Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərilib.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev bildirib ki, xəbərdarlıq hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması ilə bağlıdır.

Küləkli havanın müşahidə olunacağı günlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları ve gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb.

Xəbərdarlıqda qeyd olunur ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq yayıb.

Xəbərdarlıqda deyilir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 5-də və 6-da güclü şimal-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir yağış yağacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG