Accessibility links

Azərbaycanda qar yağır


Dağlarda qar
Dağlarda qar

Şiddətli külək əsir

Martın 30-na keçən gecədən başlayaraq Azərbaycanda hava şəraiti kəskin pisləşib, temperaturlar 10-12 dərəcə aşağı düşüb. Güclü külək bir çox regionlarda daha da şiddətlənibə. Ölkənin qərb və şimal-qərb bölgəsində qarlı hava müşahidə edilir.Bu bölgələrdə 15 santimetrdədək qar düşüb, qar yağıntısı davam edir.

Yahoo.com saytının məlumatına görə, Bakıda və Abşeron yarımadasında küləyin sürəti saatda 60 kilomerdən çoxdur.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, martın 30-da Bakıda və Abşeron yarımadasında
yağıntılı olacaq, gecə saatlarında yağış bəzi ərazilərdə sulu qara keçəcək. Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru isə küləyin tədricən səngiyəcək. Gecə və günüz 1-4 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da yağıntı olacaq, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Güclü şimal-qərb küləyi davam edəcək. Gecə 2-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG