Fəza missiyalarında istifadə edilən texnologiya bahalı olsa da, Yerdə faydalı ola biləcək çoxlu xüsusiyyətlərə malikdir. Onlardan biri Marsın yüksək keyfiyyətli fotolarını çəkmək üçün istifadə edilən kameralardır. Həmin kameralarla biz havanın necə çirkləndiyini görə bilərik.
Marsda çəkilmiş ilk fotolar Yerə çatanda Karnegi Mellon Universitetinin tədqiqatçıları heyran olmuşdular.
Rendi Sarcent, Karneqi Mellon Universitetinin tədqiqatçısı: “Şəkillərə baxıb sanki Marsa səyahət etdiyini hiss edə bilərsən. Xüsusilə də daşların fotolarını böyüdülməsi və ondan öyrənilməsi.”
Bir neçə il öncə onlar Marsda istifadə edilən toz kameralarına bənzər cihazlar quraşdırdılar. Bu kameralar Pitsburq şəhərinin yüksək keyfiyyətli fotolarını gecə və gündüz hər 5 saniyədən bir çəkir.
Bu cihazın verdiyi məlumatları diqqətlə izləyəndə maraqlı faktlar ortaya çıxır.
Rendi Sarcent: “Biz müxtəlif sahələrdən çıxan toz buludlarını görürdük. Daha sonra həmin ərazilərdə yaşayan insanlarla əlaqəyə girdik və onlar da ətrafda nə baş verdiyini qeydə almaq üçün eyni cür kameralardan istifadə etmək istədiklərini bildirdilər.”
Kameralar tüstünün içindəkiləri təhlil edə bilmir. Lakin Sarcent deyir ki, kameralardakı görüntülərə baxıb, orada hansı elementlərin olduğunu təxmin etmək mümkündür.
Rendi Sarcent: “Məsələn, tüstünün hansı sexdən çıxdığını bilib və ya emissiyanın rənginə baxıb, anlamaq olur.”
Pitsburqda havanın çirklənməsi artan astmanın və nəfəs orqanları ilə bağlı problemlərin əsas səbəbidir. Sarcent deyir ki, yüksək keyfiyyətli fotolar insanlara imkan verəcək ki, bu çirklənmənin haradan gəldiyini anlaya bilsinlər.
Rendi Sarcent: “Həm insanlardan, həm də sənayedən müxtəlif tipli reaksiya aldıq.”
Bir qrup tədqiqatçı, xüsusən də Çindən olan tədqiqatçılar universitetə baş çəkərək, bu texnologiyanı havanın çirkləndiyi şəhərlərdə istifadə perspektivlərini araşdırırlar.