Accessibility links

Havana Sindromu - Mərkəzi Kəşfiyyat Agentliyi işçilərinin bilinməyən xəstəliyi


Havana Sindromu - Mərkəzi Kəşfiyyat Agentliyi işçilərinin bilinməyən xəstəliyi
please wait

No media source currently available

0:00 0:12:08 0:00

Bir qrup ABŞ senatoru Havana Sindromu kimi tanınan beyin zədələnmələrindən əziyyət çəkən dövlət işçilərinə maddi yardım göstərilməsi üçün qanun layihəsi təqdim edib.

Mark Polimeropulos 2017-ci ilin mart ayında Mərkəzi Kəşfiyyat Agentliyinin Avropadakı gizli əməliyyatlara rəhbərlik vəzifəsinə uyğunlaşmağa çalışırdı.
Moskvaya ezamiyyətlər məcburi idi. “Bu, çox peşman olduğum bir səyahət idi. 2017-ci ilin dekabr ayının əvvəlində gecə yarısı özümü çox pis hiss etdim. Qulaqlarımda səslər, inanılmaz baş gicəllənməsi var idi. İraq və Əfqanıstanda müharibə bölgələrində olmuşdum, amma heç vaxt buna bənzər bir şey yaşamamışdım" - deyə, Polimeropulos bildirir.

Polimeropulos əvvəlcə bunun qidadan zəhərlənmə olduğunu düşünüb. Lakin bir neçə gündən sonra vəziyyəti düzəlmədikdə həkimə gedib. “ABŞ dövlət həkimləri tərəfindən müayinə olundum. Testlər etdilər, baxdılar və bunun Havanada təsiririnə məruz qalan bir xəstəliyə bənzədiyini gördülər."

Gizli Havana Sindromu ilk dəfə 2016-cı ildə ABŞ-ın Havanadakı səfirliyinin bir işçisində güclü baş ağrısı və başgicəllənməsi də daxil olmaqla, oxşar simptomlarla həkimə müraciət etdikdə ortaya çıxıb. Bir müddət sonra daha iyirmi nəfər oxşar simptomları olduğunu bildirib.

2017-ci ilin yayında Pensilvaniya Universitetindən neyro-cərrah Duqlas Smitdən beyin silkələnməsinə bənzər simptomları olanları müayinə etməsi istənib. Lakin Maqnetik-rezonans görüntüləri beyinlərdə qeyri-adi bir şey müəyyən etməyib. Duqlas Smit: "Onların beyinlərindəki simptomlar bizi inkişaf etmiş neyro-görüntüləmə sisteminə baxmağa məcbur etdi."

Smit daha dərin araşdırmaların xəstələrin beynində əhəmiyyətli dəyişikliklər göstərdiyini deyir.

Kəşfiyyat orqanları bu məlum olmayan xəstəliyin arxasında rusların olması ehtimalını nəzərdən keçirməyə başlayıb. Səbəb? Mərkəzi Kəşfiyyat İdarəsinin dediyinə görə, Rusiya agentləri bunu əvvəllər də etmişdi. Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq agenti Ceyms Olson: "70-80-ci illərdə Moskvada işlədiyim zaman bizə və səfirliyimizin işçilərinəmikro-dalğalı radiasiya ilə hücumlar oxşar hücumlar edilirdi."

Hazırda rusların bu simptomlarla əlaqəsi olduğuna dair açıq bir dəlil yoxdur. Lakin keçən il Milli Elmlər Akademiyasının hesabatında simptomların "yönəldilmiş, impulslu, radio-tezlik enerjisi" səbəbindən meydana gəldiyi bildirilmişdi.

Hesabatın müəllifləri onların bir çox məxvi məlumatın əldə edə bilmələrinə icazə verilmədiyi üçün qəti bir nəticəyə gələ bilmədiklərini deyirlər.

Smit müayinə etdiyi xəstələrdə sindromun aşkar edildiyini və nəyinsə beyni zədələdiyini deyir.

New York Times-ın 2021-ci ilin may ayında dərc etdiyi məqalədə Havana Sindromu xəstələrinin ümumi sayının 130-a çatdığı deyilib.

Mark Polimeropulosa bu günə qədər diaqnoz qoyulmayıb. Davamlı baş ağrıları və digər sağlamlıq problemləri səbəbindən O, könüllü olaraq istefa verib.

ABŞ hökuməti bu sirli simptomların nədən qaynaqlandığını hələ dəqiq bilmir. Lakin təsdiq dinləmələri zamanı Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Viliam Borns bu sirri araşdıracağını vəd edib.

Şərhlərə bax

XS
SM
MD
LG