Havay sakinləri butılka suyu, tualet kağızı və digər məhsullar almaqla üzləşəcəkləri qasırğaya hazırlıq görür. Ağır yağışlar, daşqınlarla qasırğa ştata doğru irəliləyir.
Milli Hava Xidməti Leyn qasırğasının 5-ci kateqoriyaya yüksəldiyini bildirib. Bu isə küləyin sürətinin saatda 157 mil olacağı deməkdir.
Qasırğa 804 kilometrlik məsafədən Honolulunun cənub bölgəsində ikən Milli Hava Xidməti qasırğa xəbərdarlığını artırıb.
Meteoroloq Melissa Day bildirib ki, qasırğa səhər saatlarında Hilo adasına yaxınlaşıb.
Hava xidməti tropik qasırğanın günorta küləyə səbəb olacağını və axşama doğru Böyük adaya istiqamət alacağını bildirib.
Leyn qasırğasının hərəkəti bəlli deyil. Xəbərdalıq kiçik adalara da şamil edilib.
Qasırğanın dağıdıcı qüvvəyə malik olduğu deyilir.
Qasırğa Mərkəzi qasırğanın Havay adalarında cümə axşamından şənbə gününədək davam edəcəyini proqnozlaşdırıb.
Məktəblər bağlanıb. Havay və Maui adalarında xəstəxana və həbsxana işçiləri işə çıxmalıdır.