Accessibility links

Vulkandan yaranan Havay adalarında vulkan təhlükəsi [Video]


Havay adalarında vulkan təhlükəsi
please wait

No media source currently available

0:00 0:02:55 0:00

Havayın Böyük ada adlanan adasının sakinləri vulkan püskürməsi təhlükəsi altındadır.

Kilauea dünyanın ən aktiv vulkanlarından biridir. Son 30 ildə tez-tez püskürən vulkanın lavası Pahoa adası yaxınlığında iyun ayından bəri qaynamağa başlayaraq, Hilo şəhərinə yaxınlaşmağa başlayıb.

Lavanın yerləşdiyi bölgə turistləri cəb edir. Havayın Vulkanlara Nəzarət İdarəsinin alimi Cim Kavahikaua axının aralıqlı olduğunu deyir. “Qısa müddət üçün proqnozlaşdırma mümkün olmayıb. Belə ki, aravermələr müşahidə edilir. Buna görə də geoloji aradırmalar və mülki müdafiə idarələri dəqiq proqnoz verə bilmir. İnsanlara onları qorxulu bir şeyin gözlədiyini yalnız bir iki gün əvvəl söyləmək olar.”

Honoluluda yerləşən Havay Universitetinin alimi Brus Houton yüksək sürətli şəkillər vasitəsi ilə vulkanın püskürməsini araşdırır.

Onun dediyinə görə, vulkanların araşdırılmasında inkişaflar əldə edilib. “Kimya, fizika və sosial elmlər yolu ilə vulkanların proqnozlaşdırılmasının mənası yoxdur. İcmaların davranışı fəlakətə yol aça bilər.”

Pahoada lavanın əsas şose yoluna yaxınlaşması ilə insanlara hər həftə məlumat verilir. Bizneslərin bəzisi fəaliyyətini davam etdirir, digərləri isə köçməyə üstünlük verir. Biznes sahibi Konstans Reseviçin dediyinə görə, o, lavanın hərəkətini yaxından izləyir. “Bu, narahatlıq yaradır. Hər şeyə hazır olmalısan. Lazım olsa bir-iki günə köçməyə hazıram.”

Havayın yanğınsöndürmə idarəsinin rəhbəri Darren Rosario deyir ki,lava uzunmüddətli dəyişikliklərə səbəb ola bilər. “Lava dalğası yüz illərlə qalır. Lava daşlaşır. Bu yolla adalar yaranır. Ştat da belə yaranıb.”

Rosario vulkanların adalardakı həyatın bir hissəsi olduğunu deyir.

XS
SM
MD
LG