Accessibility links

Hazırda Meksika körfəzinə sızan neftin beşdə bir hissəsi təmizlənilir


Suyun üzündən hər gün 1000 barrel xam neft 2 km uzunluqda kəmər vasitəsi ilə dəniz tankerinə axıdılır.

BP neft şirkəti deyir ki, onlar hazırda Meksika körfəzinə sızan neftin beşdə bir hissəsini təmizləyirlər.

BP-nin əməliyyatlar üzrə baş rəhbəri Daq Satls bazar ertəsi NBC televiziyasına verdiyi müsahibədə bildirib ki, suyun üzündən hər gün 1000 barrel xam neft 2 km uzunluqda kəmər vasitəsi ilə dəniz tankerinə axıdılır.

Satls onu da deyib ki, neft şirkəti tankerə vurulan gündəlik neftin həcmini artırmağa və bu həftə neft sızmasının qarşısını almağa ümid edir.

Lakin ABŞ rəsmiləri BP-nin neftin təmizlənməsi cəhdlərindən qane olmadıqlarını və texniki üsulların problemin həllinə çarə olmadığını bildirib.

Daxili İşlər naziri Ken Salazar və Daxili Təhlükəsizlik naziri Janet Napolitano deyib ki, onlar BP quyuları tam möhürləməyənə və yayılmış nefti təmizləməyənədək rahat olmayacaqlar.

XS
SM
MD
LG