Accessibility links

Həcc ziyarətinə narkotik maddə daşıyan 91 iranlı tutulub


Həcc ziyarətinə narkotik maddə daşıyan 91 iranlı tutulub
Həcc ziyarətinə narkotik maddə daşıyan 91 iranlı tutulub

Səudiyyə Ərəbistanı rəsmiləri bildiriblər ki, həcc ziyarətinə gələn, üstündə narkotik maddə aşkar olunan iranlı zəvvarlara ağır cəzalar verəcək, onların boyunları vurulacaq.

“Həcc ziyarətinə müxtəlif narkotik maddələr daşıyan 91 iranlı zəvvar tutulub”. İranda narkotik maddələrə qarşı mübarizə qərargahının rəsmisi Məhəmməd Məsud Zahediyan jurnalistlərə açıqlamasında belə deyib.

“Media forum” saytının məlumatına görə, Məhəmməd Məsud Zahediyan deyib ki, həcc ziyarətinə gedərkən üstündə narkotik maddələr daşıyan iranlı zəvvarlar ölkənin beynəlxalq imicinə xələl gətirir: “Üstündə narkotik maddə daşıyan 91 zəvvar ölkə aeroportlarında tutulub. Hesab edirəm ki, narkoman zəvvarların bundan sonra bu mənəvi səfərə getməsinin qarşısı alınmalıdır. Çünki onların bu hərəkəti bir tərəfdən qanuni problemlərin ortaya çıxmasına səbəb olur, digər tərəfdən də ölkənin beynəlxalq imicinə xələl gətirir. Bundan sonra üstündə narkotik maddə aşkarlanan zəvvarların ölkədən çıxmasına ömürlük qadağa qoyulacaq”.

Bundan əvvəl Səudiyyə Ərəbistanı rəsmiləri bildiriblər ki, həcc ziyarətinə gələn, üstündə narkotik maddə aşkar olunan iranlı zəvvarlara ağır cəzalar verəcək, onların boyunları vurulacaq.

XS
SM
MD
LG