Accessibility links

“Heç kim Prezident Aparatının icazəsi olmadan bir manat pul belə mənimsəyə bilməz”


Nahid Cəfərov

Oyan Hərəkatının təsisiçisi Nahid Cəfərov Amerikanın Səsinə müsahibəsində Freedom House insan hüquqları təşkilatı illik hesabatını və DTX-nın apardığı son əməliyyatları şərh edib.

“Heç kim Prezident Aparatının icazəsi olmadan bir manat belə mənimsəyə bilməz”
please wait

No media source currently available

0:00 0:19:29 0:00

Hesabatda Azərbaycanın oturuşmuş avtoritar rejimlər sırasında yer almasına münasibət bildirən cənab Cəfərovun düşünür ki, Azərbaycanda vəziyyət daha pisdir.

Azərbaycan oturuşmuş avtoritarizm deyil, faktiki olaraq diktaturadır.

“Freedom House kimi beynəlxalq təşkilatlar çalışırlar ki, maksimum dərəcədə neytrallığını qoruyub saxlasınlar. Ona görə həmin təşkilatlar qarşı tərəfin, rejimin də arqumentlərini dinləyib, nəticədə ortaq bir məxrəcə gəlməyə çalışırlar. Azərbaycan oturuşmuş avtoritarizm deyil, faktiki olaraq diktaturadır. Bütün diktatorlara xas xüsusiyyətlər məhz bu gün Azərbaycanda var.”

Siyasi fəalın sözlərinə görə, həbs olunan icra başçılarından müsadirə olunan pulların mənbəyi, forması və istifadə olunma yolları haqda insanda ciddi şüphələr yaranır.

“Biz əgər Villiam Hacıyevin ofisindən tapılan pul əskinaslarının qablaşdırılması formalarına diqqət etsək, şəxsən məndə bu ciddi mənada şüphələr yaradır. 500 avroluq pulu bu adam hardan gətirib, necə gətirib və niyə elə qablaşdırıb? Mənə qaranlıq qalan digər məsələ isə həbs olunan məmurların hamısının narazılıq etmədən, sanki könüllü formada həbsə getməsidir. Onlar həbsdə hansı şəraitdə saxlanılır, həbsdə nələr baş verir?”

500 avroluq pulu bu adam hardan gətirib, necə gətirib və niyə elə qablaşdırıb?

Nahid Cəfərov onu da əlavə edib ki, Azərbaycanda rüşvət almayan, korrupsiyaya bulaşmayan heç bir dövlət qurumu qalmadığından həbslər və açılan cinayət işləri davam etdirilməlidir.

“Hər hansı bir məmur övladının maşınınının biri və ya qoluna taxdığı bahalı saatının biri böyük bir cinayət işinin başlaması üçün kifayətdir. Amma bunların heç biri baş vermir.”

Oyan Hərəkatının təsisçisinin bildirib ki, son aylarla baş tutan DTX əməliyyatları və icra başçılarının həbsinin səbəbləri ilə bağlı müxtəlif ehtimallar irəli sürmək olar.

İnsanlar həqiqətən İlham Əliyevdən və bu sistemdən beziblər.

“Ehtimallardan biri odur ki, olsa bilsin bu hakimiyyətin Ramiz Mehdiyevi vəzifədən uzaqlaşdırandan sonra başlatdığı klanlararası mübarizənin davamıdır. İkinci ehtimal isə, biz bilirik ki, Paşayevlərin strategiyası məhz bundan ibarətdir ki, onlar Azərbaycan menecment sistemi qurmaq istəyirlər. Yəni, özləri arxa plana keçsin və bütün nazirlikləri icarəyə versin. Zaman-zaman isə həmin nazirləri qarşılarına çıxardıb, danlasın ki, sistemdə oliqarxlar yaranmasın. Beləcə gələcəkdə sitemin içində hər hansı bir böhran baş verəcəksə, bu İlham Əliyevə və ya Mehriban Əliyevaya kifayət qədər manevr imkanları verəcək.”

Siyasi fəal həmçinin əlavə edib ki, əksər diktatorların çökməsinin ən əsas səbəblərindən biri insanların həmin diktatorun sifətindən bezməsi olur və ola bilsin ki, bu həbslər də məhz həmin imic dəyişikliyi planının bir parçasıdır.

“Əgər bir diktator 30 il hakimiyyətdə olursa artıq onun hakimiyyətdə olduğu və ya hakimiyyətə gəldiyi nəsillə yeni nəsil arasında böyük boşluq yaranır. Həmin diktatorlar yeni nəsilə uyğunlaşa bilmir, buna görə də çökür. Ola bilsin ki, məhz bu gün ailə hakimiyyətini uzatması üçün İlham Əliyevə bu imic dəyişikliyi, sifət dəyişikliyi çox vacibdir. Çünki, insanlar həqiqətən İlham Əliyevdən və bu sistemdən beziblər.”

Heydərizmin rüşvətxorluq, yaltaqlıq olduğunu bütün Azərbaycan xalqı bilir.

Nahid Cəfərov düşünür ki, bütün toplumlar, xalqlar məhz ideoloji olaraq təşkilatlanır. Əgər bir toplumu, xalqı təşkilatlandırmaq istəyirsənsə, təşkilatlanması üçün ona ideya verməlisən. İndiki vəziyyətdə müxalifətin yeganə yolu xalqı ideoloji mübarizəyə səfərbər etməkdir.

“Əgər həqiqətəndə biz bu rejimdən xilas olmaq istəyiriksə bizim bir çıxış yolumuz var. O da mübarizəni ideoloji müstəviyə keçirməliyik. Mübarizə ideoloji müstəviyə keçəndə rejimin buna alternativi yoxdur. Deyək ki, liberalizmə hakimiyyətin alternativi nə olacaq? Heydərizm? Heydərizmin nə demək olduğunu insanlar yaxşı bilir. Heydərizmin rüşvətxorluq, yaltaqlıq olduğunu bütün Azərbaycan xalqı bilir. Biz əgər həqiqətəndə xalqı təşkilatlandırıb, bu rejimindən xilas olmaq istəyiriksə yeganə yol ideoloji mübarizədir.”

XS
SM
MD
LG