Accessibility links

Təbriz Ticarət palatasının rəhbəri vilayətin maliyyə resurslarının az olduğunu deyib


Təbriz Ticarət palatasının rəhbəri Yunis Jaele

Təbriz Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının rəhbəri Yunis Jaele Şərqi Azərbaycan vilayətində maliyyə resuslarının vilayətin əhali sayına görə az olduğunu irəli sürüb.

İLNA xəbər agentliyində dərc olunan məlumata görə, Yunis Jaele bu haqda vilayətin investisiya və ticarət planlaşdırma iclasında danışıb.

Rəsminin dediyinə görə, özəl sektor vilayətdə enerji sahəsində yetərli olmayan infrustukturlar, investisiya etməyə bəzi prosedura maneələri və vilayətdə maliyyə resurslarının az olması kimi problemlərlə üzləşir.

Təbriz Ticarət Palatasının rəhbəri daha öncə də, dövlət tərəfindən vilayətdə özəl sektora investisiyanı artırmaq prosesini yavaşladan bürokratik çətinlikləri tənqid etmişdi.

Jaele vilayətin ölkənin maliyyə qaynaqlarından payının 2,6 faiz olduğunu qeyd edərək, vilayətin əhali sayının ölkənin 4.8 faizini təşkil etməsini diqqətə alaraq, bunun az olduğunu və vilayət əhalisinə uyğun gəlmədiyini bildirib.

O, həmçinin deyib ki, vilayətin özəl sektoru və ticarət palatasının üzvləri keçən il ərzində 6 min milyard tümən vergi ödəyiblər və bu, gələn il üçün 11 min milyard tümən nəzərdə tutulub. Jaele Mis Şirkətinin 600 milyard avroluq gəlirini qeyd edərək həmin şirkətin vergisinin Kerman şəhərinə sərf olduğunu söyləyib.

Ticarət Palatasının rəhbəri Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan dolayı bu ölkənin müxtəlif məhsullara ehtiyacı olduğunu vurğulayaraq, "təəssüf ki, tranzit problemlərinə görə tacirlərimiz bu qızıl fürsətdən yararlana bilmirlər."-deyə o qeyd edib.

Vilayətin məhsullarını ixrac etmək problemi ilə üz-üzə olduğunu söyləyən Yunis Jaele, bunun əsas səbəbini keyfiyyətli məhsul və mal istehsalının olmaması ilə izah edib.

"Misal üçün Hazırda 600 min tona yaxın almamız var ki, onlar ixrac edilmir, çünki uyğun soyuducuların istehsalı üçün plan yoxdur"-deyə rəsmi qeyd edib. O, vilayətdə "600 min ton almanı 1 milyard dollar sərmayəyə çevirmək" üçün texniki biliyin mövcud olmamasını tənqid edib.

"Keçmişdə Təbrizin birincilər şəhəri adlı bir illüziya içində idik halbuki, hər zaman mövqeyimiz aşağı olub"-deyə rəsmi söyləyib.

Dünyaya Baxış

AZE Daily 08 18 2022.mp4
please wait

No media source currently available

0:00 0:10:21 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG