Accessibility links

Döş xərçənginin ilkin mərhələdə diaqnozu insanların həyatını xilas edə bilər


Döş xərçənginin ilkin mərhələdə diaqnozu insanların həyatını xilas edə bilər
Döş xərçənginin ilkin mərhələdə diaqnozu insanların həyatını xilas edə bilər

Ekspertlər deyir ki, dünyanın inkişaf etməkdə olan ölkələri ilkin diaqnostika üçün avandanlıqla təmin edilməlidir

Bu il dünyada 1,5 milyon insana döş xərçəngi diaqnozu qoyulacaq. Ekspertlər deyir ki, ilkin mərhələdə aşkar ediləndə, xəstəlikdən müalicə olunmaq şansları 98 faizdir. Onlar həmçinin bildirir ki, dünyanın xəstəliyin yalnız son mərhələsində diaqnoz edildiyi inkişaf etməkdə olan ölkələrində ölüm halları daha artıq olacaq.

Döş xərçəngi ABŞ-da qadınlar arasında ikinci ən çox yayılmış xərçəng xəstəliyi növüdür. Xəstəlik Latın Amerikasında qadınlar arasında ölüm hallarının birinci səbəbidir.

Harvard universitetinin apardığı tədqiqat göstərir ki, keçən il döş xərçəngi səbəbi ilə ölən 450 000 insanın yarısından çoxu inkişaf etmiş ölkələrdə yaşayırdı. Ekspertlər deyir ki, ilkin mərhələdə aşkar edilsəydi, bu ölüm hallarının böyük hissəsinin qarşısı alına bilərdi.

Amerika Xərçəng Cəmiyyəti bildirir ki, döş xərçəngi xəstələrinin 98 faizi xəstəlik ilkin mərhələdə aşkar edildikdə sağ qalır. Hazırda mammoqram ən yaxşı üsul hesab edilir.

Doktor Lora Şephardson Klivlend şəhər klinikasında qadınların sağlamlığı sahəsində mütəxəssisdir. “Döş şişini əllə yoxlayıb onu aşkar etdikdə, bu, o deməkdir ki, şiş daha böyükdür və artıq döşdən kənara yayılıb. Bizim mammoqram edəndə əsas məqsədimiz xərçəng çox kiçik və hələ yalnız döşdə olduğu zaman onu aşkar etməkdir.”-deyə o bildirir.

Vaşinqton şəhər xəstəxanasının həkimi Elmer Huerta ispan mənşəli xəstələrlə çox işləyib. O deyir ki, Latın amerikalılar və cənubi amerikalıların yaşadığı yerlərdə mammoqram maşınları yoxdur, buna görə də xəstəlik haqqında məlumat da çox deyil. “Burada məlumatsızlıq və ilkin aşkarlanma metodları imkanlarının olmaması kimi bir vəziyyət mövcuddur. Qadın adətən artıq böyümüş və metastaz vermiş şişi aşkar edir. Bundan sonra onlar tibbi yardım istəyirlər və artıq çox gec olur.”- deyə o bildirir.

Harvard universitetində xərçəngə dair tədqiqatlara rəhbərlik edən Felisiya Noul deyir ki, qadınlar şübhəli şişləri daha tez-tez yoxlatdırmalıdır. O həmçinin deyir ki, icmalarda yoxlamanı keçirə bilən insanları hazırlaşdırmaqla prosedurun qiymətini azalmaq istərdi. “Döşü yaxşı yoxlamaq üçün onkoloq lazım deyil. Yaxşı təlim almış bir adam lazımdır, özü də bunu etmək çətin deyil.”- deyə o bildirir.

Doktor Şepherdson deyir ki, qadınlar məlumatlı olmalıdır. Onun sözlərinə görə, yaxşı məlumatı olmaq üçün miflərdən azad olmaq lazımdır. Ən böyük mif ondan ibarətdir ki, hər bir şiş avtomatik olaraq xərçəng deməkdir.

“Döşdə hər hansı bir şiş xoşxassəli ola bilər, kistalar kimi, hətta qançırlar da şiş verə bilər. Şübhəli şiş bərk olur, kənarları düzgün formada olmur və adətən ağrımır.”- deyə o bildirir.

Doktor Şepherdsonun sözlərinə görə, insanların çoxu ailədə xəstəliyin olması faktorunu nəzərə almır. Statistika isə göstərir ki, döş xərçəngi yaxın qohumlarında bu xərçəng növü olan qadınlar arasında daha çox yayılıb.

Bəzi insanlar döş xərçənginin keçici olduğunu düşünür, amma bu, belə deyil, ya da kişilərdə döş xərçənginin olmadığına inanır, amma bu onlarda da ola bilər. Doktor Şepherdsonun bildirdiyinə görə, mammoqramın xərçəngin radioasiya vasitəsilə yayılmasına gətirib çıxara bildiyi kimi yanlış bir təsəəvvür var.

“Mammoqram zamanı çox az səviyyədə radiasiya tətbiq edilir. Gündəlik həyatda eyni dərəcədə riskli işlər görürüsünüz. Döşə zərər dəymə riski mammoqram yoxlamasının xeyrindən daha azdır.”- deyə o bildirir.

Lakin döş xərçənginin ən təhlükəli tərəfi onun səssiz təbiətidir. O böyüdükdə ağrı vermir və birdən ortaya çıxır.

Ekspertlərin çoxu 40 yaşına çatmış qadınlara ildə bir dəfə mammoqram etməyi tövsiyə edirlər. Bəzi həkimlər isə hətta 20 yaşından başlayaraq, hər il döşün klinikada yoxlanmasını məsləhət görürlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG