Accessibility links

Uşaqlarda kimya-terapiyanın miqdarını müəyyən etmək üçün genetik testlər keçirilir [Video]


Uşaqlarda kimya-terapiyanın miqdarını müəyyən etmək üçün genetik testlər keçirilir
please wait

No media source currently available

0:00 0:01:26 0:00

Xərçəng diaqnozu qoyulan uşaqlar xəstəliyin özündən çox müalicənin yan təsirlərindən əziyyət çəkə bilər. Lakin yeni araşdırmaların nəticələri yeni müalicə üsullarının daha effektiv olacağına ümid verir. Burada uşaq üçün istifadə ediləcək kimya-terapiyasının miqdarını dəqiq müəyyən etmək üçün genetik testlər keçirilir.

Uşaqlar arasında geniş yayılmış Lukimiya xəstəliyi ilə mübarizə aparan Oskar Hovard Holl digər 7 yaşlı uşaqlar kimi norml həyat yaşamağa çalışır. O, bu xəstəliyin müalicəsində istifadə ediləcək kimya-terapiyasının miqdarının müəyyən edilməsi üçün keçirilən testlərdə iştirak edir. Nyucastel universitetindən professor Entoni Murman: "Siz risk faktorunu daha dəqiq müəyyənləşdirə və xərçəngin geri qayıtma ehtimalı ən az olan xəstələri müəyyən edə bilərsiniz. Bu səbəbdən də müalicənin intensivliyi azaldıla bilər."

Bu araşdırmaları xərçəng xəstəliyi olan uşaqlara yardım edən “Bloodwise” və “Children with Cancer UK” təşkilatları maliyyələşdirir. “Children with Cancer UK” təşkilatından Klif Oqorman: “Bizim məqsədimiz bu uşaqları ağrısız, əzabsız müalicə yolunu tapmaqdır və bu, həmin yollardan biridir.”

Oskarın anası oğlunun bundan əvvəlki müalicəsinin ağır keçdiyini, saçının töküldüyünü, gəzə bilmədiyini deyir. Kimberli Hivard Holl: “Beləliklə, düşünürəm ki, gələcəkdə başqa ailələr də müalicənin yan təsirlərini ağır keçirən xəstə uşaqların olduqca böyük çətinlikləri ilə qarşılaşmaya bilər. Bu, doğrudan da inanılmazdır.”

Məqsəd isə xərçəng xəstəsi olan uşaqların müalicəsinin daha effektli və daha az ağrılı olmasıdır.

XS
SM
MD
LG