Accessibility links

Qəhvə ömrü uzadır [Video]


Qəhvə ömrü uzadır
please wait

No media source currently available

0:00 0:01:34 0:00

Xüsusilə səhərlər çox sayda insan bir fincan qəhvə içməyi sevir. Belə çıxır ki, bu, onların nəinki günlərinin başlamasına, hətta həyatlarına yaxşı təsir edir. Yeni araşdırmaların nəticələri qəhvənin insanın həyatını uzatdığını göstərib. Araşdırmalar gün ərzində azı 3 fincan qəhvə içən şəxsin həyatının qəhvə içməyənin həyatından daha uzun olduğunu göstərib.

Qəhvənin təsirləri ilə bağlı bu geniş araşdırmalarda Avropa ölkələrindən olan 35 yaşdan yuxarı yarım milyon sağlam insan iştirak edib.

20 il laboratoriyada davam edən araşdırmalar zamanı qəhvə dənələri testdən keçirilib və araşdırmada iştirak edənlərə göndərilib. Bu müddətdə isə qəhvənin insan sağlamlığına təsirləri barədə müxtəlif araşdırmalar aparılıb.

Hazırda Beynəlxalq Xərçəng Tədqiqatları Agentliyi və London İmperial Kollecinin alimləri belə bir qənaətə gəliblər ki, qəhvə ölüm riskini azaldır, qan dövranına müsbət təsir göstərir və mədə-bağırsaq xəstəliklərinın qarşısını alır. London İmperial Kollecindən Elio Riboli: “Biz 10 Avropa ölkəsində Espressodan tutmuş, Norveçin filter qəhvəsinədək, müxtəlif növ qəhvənı testdən keçirdik və nəticə eyni oldu. Qəhvənin bu müxtəlif əhali arasında ölüm hallarını azaltdığını müəyyən etdik."

Beləliklə, araşdırmaların nəticələri göstərib ki, gün ərzində azı 3 fincan qəhvə içən kişidə ölüm riski ümumiyyətlə qəhvə içməyən kişi ilə müqayisədə 18 faiz, qadınlarda isə 7 faiz azdır.

Stiven Harst qəhvə şirkətində işləyir. “Son bir neçə ildə nəyə görə qəhvə haqda mənfi fikirlər dolaşdığını bilmirəm. Nəhayət buna son qoyulduğu üçün çox şadam.”

Lakin skeptiklər araşdırmaların nəticələrində əsas faktorlara toxunulmadığını deyirlər. Onların fikrincə, məsələn, araşdırmalarda yalnız sağlam insanlar iştirak edib, xəstələr deyil və onlar deyirlər ki, qəhvə içənlərin ömrünün üzunluğuna səbəb onların sağlamlığı da ola bilər.

XS
SM
MD
LG