Accessibility links

Align-RT - Döş xərçənginin müalicəsi üçün yeni cihaz [Video]


Align-RT - Döş xərçənginin müalicəsi üçün yeni cihaz
please wait

No media source currently available

0:00 0:01:51 0:00

Xərçəng xəstəliyinin qarşısının alınması üçün alimlər yeni yollar axtarmaqda davam edir. Bu yolda ən uğurlu nailiyyət döş xərçənginın müalicəsi olub. Bu müalicədən sonra ömürləri 5 il uzanan xəstələr hazırda 90 faiz təşkil edir.

Həklimlər döş xərçəngi xəstələrinin həyatlarının xilas edilməsində iki amilin mühüm olduğunu deyir. Bunlardan biri xəstəliyi tez aşkar etmək, digəri isə xərçəngin olduğu yeri dəqiq müəyyən etməkdir.

Hazırda həkimlər xərçəngi iki yolla müəyyən edirlər, biopsiya və visual yolla.

Lakin yeni icad edilən cihazlar mikroskopik ölçüdə olan şişi aşkar edə bilir və bunun sayəsində əlavə əməliyyatlara ehtiyac qalmır.

Qərbi Avstraliya universitetinin alimləri laboratoriya şəraitində şişin dəqiq fraqmenlərini müəyyən etməyə nail olub. “Bu cihazla əvvəllər mümkün olmayan, mikroskopik ölçülü xərçəngi görmək olur. Bu, həqiqətən böyük irəliləyişdir” deyə, döz xərçəngi əməliyyatı olunan Kristobel Sanders bildirir.

Bu cihaz üzərində təhqiqat hələ də davam edir. Lakin alimlər cihazdan iki il sonra geniş istifadə edilə biləcəyini deyirlər.

Döşdə xərçəngi çox hallarda şua terapiyası ilə müalicə edilir. Bu müalicənin yan təsiri ondan ibarətdir ki, şualar ətrafdakı sağlam toxumaları zədələyə bilir. Sol döşdəki şişi müalicə edərkən isə şua ürəyə təsir edir.

Lakin Align-RT adlanan yeni cihaz şuanı şişin olduğu yerə dəqiqliklə çatdırır.

Başın üztündəki lampalar xəstənin bütün bədənini işıqlandırdığı vaxt, tavana yerləşdirilmiş kameralar bədənin 3 ölçülü şəklini çəkir və nəfəs alarkən, yaxud tərpənərkən radiasiya şüalarını tənzimləyir.

Align-RT cihazından artıq dünyanın 800-dən çox xəstəxanasında istifadə edilir və bu cihaz nüfuzlu Kral Akademiyasının Mühəndislərin "Mak-Robert” mükafatına layiq görülüb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG