Astronomların digər planetləri öyrənməsi elə öz planetimizin də öyrənilməsi deməkdir. Fəzada Yer kürəsini, eləcə də öz sağlamlığımızı öyrənən peyklər mövcuddur.
Yer kürəsinin ətrafında dolanan peyklər bəzi cəlbedici mənzərələri müşahidə edə bilir. Onlar eləcə də havadakı çirklənmənin təhlükəli səviyyəyə çatdığı kimi narahatedici şeyləri də görə bilir. Avropa Otra Mənzilli Hava Proqnozları Mərkəzindən Vinsent Henri Peuç: “Dünya Səhiyyə Təşkilatına istinadən bildirilir ki, çirkli hava dünya boyu əlavə 7 milyon insanın ölümünə səbəb olub. Avropa Ətraf Mühit Agentliyinin hesablamalarına görə isə Avropada bu problem səbəbindən 400-lə 500 min arasında insan dünyasını dəyişib.”
20 ildən artıq bir müddətdə avropalılar havanın nə dərəcədə çirkli olması və buna nəyin səbəb olmasını ilə bağlı məlumat toplamaq üçün fəzaya bir neçə peyk göndərib. Avropa Fəza Mərkəzindən Kols Zehner: “Hazırda Kopernikin “Sentinel-5 Precursor” missiyası gün ərzində 7 dəfə olmaqla, hər dəfə 3.5 km məsafəni qət edərək, qlobal məlumat toplayır. Və bu, ilk dəfə olaraq hava şəraitinin monitorinqinı etmək və proqnozlaşdırmaq üçün operativ xidmətlərdə tətbiq olunmasına imkan verir. "
Peyklər avtomobillərin buraxdığl nitrogen-dioksid qazından tutmuş toz və aerosol da daxil olmaqla, havadakı bütün zərərli maddələrin səviyyəsini müəyyən edir. Hollandiya Kral Metereologiya İnstitutundan Pepin Vifkind: “Tropomi cihazı bizim gələcəyə atdığımız ən böyük addımdır. Və bunun müxtəlif səbəbləri var. Fikrimcə burada ən önəmli xüsusiyyət onun dəqiqliyidir. Bu cihaz əvvəlkilərlə müqayisədə 10 qat yaxşı görür və 3.5-7 kilometr məsafələrində görüntülər əldə edə bilir. .”
Bu səviyyədə tədqiqatlar qanunvericilərə çirklənmənin olduğu yerləri bilmələrinə yardım edir və onlara zərərli çirklənmə ilə mübarizə üçün imkan yaradır.