Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı: `Hər il dünya boyu 1.2 milyon yeniyetmə ölür` [Video]


Ümumdünya Səhiyyə Təşkilatı: `Hər il dünya boyu 1.2 milyon yeniyetmə ölür`
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Ümumdünya Səhiyyə Təşkilatının dediyinə görə, hər il dünya boyu bir milyondan çox yeniyetmə qarşısı alına biləcək səbəblərdən dünyasını dəyişir və buna son qoyulmalıdır.

Körpələr üçün peyvəndlər, ana və uşaq üçün sağlamlıq proqramları uşaq ölümlərinin qarşısını xeyli alıb. Bəs yeniyetmələr üçün nə etmək olar? Ümumdünya Səhiyyə Təşkilatı bu məsələyə laqeyd yanaşıldığını bildirir. Ümumdünya Səhiyyə Təşkilatından doktor Entoni Kostello: “Biz yeniyetmələrə baxanda, yəni 10-la 19 yaşları nəzərdə tuturam, hər il 1.2 milyon yeniyetmənin öldüyünü aşkar etmişik. Bu, gündə 3 min ölü deməkdir.”

Bu ailə 14 yaşlı qızını dəfn edir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında yeniyetmə ölümlərinin qarşısını alına biləcəyi deyilir. Hesabatda deyilir ki, ölüm hallarının üçdə ikisi Səhraaltı Afrika və cənub-şərqi Afrikanın payına düşür.

Ölüm səbəblərinin siyahısında birinci yeri avtomobil qəzaları tutur. Ölən uşaqların çoxu ya velosiped sürərkən, ya da piyada gəzərkən avtomobillə vurulub öldürülür. “Məsələn, Hindistanda hər il avtomobil qəzası səbəbindən 90 minə qədər insan ölür ki, onlardan çoxu uşaq və yeniyetmədir” deyə, doktor Entoni Kostello bildirir.

Ölüm səbəbləri cins, region və yaşa görə müəyyən edilir. Qızlar və kişik yaşlı oğlanlarla müqayisədə 15-19 yaşlarında oğlanlar əsasən avtomobil qəzası səbəbindən dünyasını dəyişir. Qızlar isə ən çox doğuş zamanı ölür. Çünki onların bədəni doğuşa hazır deyil. Qırğızıstanda səhnəyə qoyulan bu tamaşa uşaq evliliyinə son qoymaq məqsədi daşıyır.

10-14 yaşlarındakı qızlar xörək bişirərkən tüstü nəticəsində tənəffüs orqanlarının infeksiyası kimi risklər qarşısındadır. Spirtli içki və ya narkotik maddələr qəbul edən, eləcə də psixi problemləri olan yeniyetmələrin vaxtında müzlicə olunmaması da onların həyatına son qoyur.

Ümumdünya Səhiyyə Təşkilatı hökumətlər və səhiyyə agentliklərindən yeniyetmələrin sağlamlığının yaxşılaşdırılması yolunda planları inkişaf etdirmələrini istəyir. Doktor Kostello: “Hökumətlər yeniyetmələrə investisiya etməlidir. Ölkənin ən böyük neməti nədir? Gənclər. Onlar ölkənin gələcəyidir.”

Beləliklə, hökumətlər sürətə məhdudiyyətlər tətbiq edərək, təhlükəsizlik kəmərindən istifadəni məcburi edə bilər. Səhiyyə orqanları isə yeniyetmələri sağlam həyat tərzinə təşviq etməlidir.


XS
SM
MD
LG