Accessibility links

Alimlər su qıtlığına yardım edəcək yollar axtarır [Video]


Alimlər su qıtlığına yardım edəcək yollar axtarır
please wait

No media source currently available

0:00 0:01:38 0:00

BMT-nin təxminlərinə görə, 2025-ci ilə qədər dünyanın təxminən 2 milyard sakininin yaşadığı bölgələrdə su qıtlığı olacaq. Beləliklə, insan orqanizmindəki mayenin 60 faizini su təşkil etdiyi üçün bu, həmin bölgədə yaşayanlara dağıdıcı təsir göstərə bilər. Buna görə də yeni texnologiya duzlu suyu içməli suya çevirməklə su qıtlığına yardım edə bilər.

Su qıtlığı sürətlə yayılan öldürücü epidemiya qədər təhlükəlidir.
Məhz buna görə də suyu təmizləyən sadə filtirli qrafinə ehtiyac olacaq. Mançester universitetinin alimi Raul Ravendran Nair: “Biz kirli, yağlı suyu nasosa tökürük. Bu nasos suyu membrana ötürür. Su membrandan keçərək, oksid olan qrafinə daxil olur və təmiz suya çevrilir.”

Mançester universitetinin alimləri filtr-qrafindən onun möhkəm, elektrik keçiricili və elastic olduğu üçün istifadə edir.

Bu qrafin eləcə də bir atom qalınlığı qədərnazik olduğu üçün natrium xlor atomlarının filtrdən keçməsinə imkan vermir.

“Problem onda idi ki, siz membranı suya qoyanda süzgəc böyüyürdü. Biz bu problemi aradan qaldlrdıq. İndi biz bu duzlu suyu yeni süzgəcə, filtrə tökürük. Burada hətta ən kiçik ölçülü natriym xlor da təmizlənə bilir” deyə, Raul Ravindran bildirir.

Tədqiqatçıların dediyinə görə, bu proses digər texnologiyalarla müqayisədə işi daha sürətləndirir və daha ucuz başa gələ bilər. Raul Ravindran: “Əlbəttə, hazırda bu cihazın qiyməti bir az bahadır, çünki istifadəçisi azdır. Gələcəkdə buna tələbat artdıqca, qiyməti də düşəcək.”

Alimlər daha aşağı ölçülü və daşınan filterlər üzərində iş aparır. Bu isə axar suyu olmayan regionları içməli su ilə təmin edəcək.

XS
SM
MD
LG