Accessibility links

ABŞ həbsxanalarında ordu veteranları xüsusi bölmədə saxlanır [Video]


ABŞ həbsxanalarında ordu veteranları xüsusi bölmədə saxlanır
please wait

No media source currently available

0:00 0:01:46 0:00

Birləşmiş Ştatlar həbsxanalarındakı məhbusların 8 faizini hərbi veteranların təşkil etdiyi təxmin edilir. Bəzi hallarda onların həsbxana divarları arasına düşməsində döyüşdə iştirakları rol oynayıb. Hazırda onlara yardım edəcək bəzi innovativ proqramlardan istifadə edilir.

Bura Nyu-York ştatının Albani həbsxanasında ordu veteranlarının saxlandığı bölmədir. Veteranların digər məhbuslardan aralı saxlanması həbsxanaya düşən sabiq əsgərlərin normal həyata qayıtmasına yardım etməyin yollarından biridir.

Albanı mahalının polis rəisi Qreq Appl: “Biz bu gəncləri okeanın o tayına göndəririk və onlar qayıdanda ya travmasonrası sinir pozğunluğu, ya məişət zəminində zorakılıq, ya da narkotik maddələrə aludəçilik kimi müxtəlif problemlər yaşayır. Bütün bunların sonu isə həbsxana ilə nəticələnir. Və biz onlara necəsə yardım etmək istəyirik.”

Albani həbsxanası Birləşmiş Ştatların müharibə veteranları üçün xüsusi şərait yaradan 80 həbsxanasından biridir.

Proqramlardan bəziləri məhbusları geri, ordudakı zamanlara aparır. Digər qruplar isə gündəlik terapiya və məsləhətlər alır. "Bu təkcə bizim özümüz və bizim gündəlik fikirlərimiz deyil. Buradakı insanların bəziləri müharibədə olub, bəziləri olmayıb, lakin burada olan hər kəs orduda olub. Yəni hamımızı birləşdirən nəsə var” deyə, Məhbus Ceyms Gibson bildirir.

Tommi Hartman kimi bəzi sabiq məhbuslar veteranlar üçün proqramlardan razıdır və o, həbsxanaya məhbuslara yardım etmək üçün gəlir. “Onlar mənə buradan çıxıb həyatımı davam etmək imkan verdi.”

Bəzi qeyri-rəsmi statistikalar belə proqramların yardım etdiyini göstərir. İndiyə qədər Albani həbsxanasında belə proqramlardan keçən veteranlardan cəmi 6 faizi həbs müddəti başa çatandan sonra bir də geri dönüb. Bu isə həbsxanaya qayıdanların ümumi sayının 40 faizi olduğu üçün uğurlu göstərici hesab edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG