Accessibility links

İsrail və Qəzza arasında müharibənin başlamasından bir ay ötür


İsrail və Qəzza arasındakı müharibənin başlamasından bir ay ötür
please wait

No media source currently available

0:00 0:03:40 0:00

İsrail və HƏMAS arasında bir aydır davam edən müharibə Qəzzada intensivləşir. Qəzzada mülki əhali arasında tələfatlar artmağa davam etdiyi bir vaxtda ABŞ və beynəlxalq liderlər Qəzzaya humanitar yardımın daxil olmasına icazə vermək üçün müvəqqəti atəşkəsə çağırış edir. Ancaq İsrail israr edir ki, ilk növbədə onun 240 girovunun humanitar böhranı həll olunmalıdır.

İsraildə ictimaiyyətin diqqəti 30-u uşaq olmaqla 240-a yaxın girovun taleyinə yönəlib.

Girovlara dəstək məqsədli nümayişlər intensivləşir və onlar İsraildən girovlar azad edilməyənədək atəşkəsə razılaşmamağı və Qəzzaya humanitar yardım göndərməməyi tələb edir.

Keçmişdə girovlarla bağlı danışıqlar aparan Gerşon Baskin deyir ki, o, girovların əksəriyyətinin hələ də sağ olduğuna və Qəzzada yeraltı tunellərdə saxlanıldığına inanır.

“Çox güman ki, onlarla belə bir vəziyyətdə girovlara rəftar olunan kimi rəftar olunur. Mən onların fiziki işgəncəyə məruz qaldıqlarına inanmıram. Yəqin ki, onların həyatda qalmaq üçün lazım olan minimum yeməkləri və suları və bəlkə də bir az da tibbi təchizatları var, ancaq yenə də HƏMAS onları fələstinli məhbusları İsrail həbsxanalarından azad etmək üçün dəyərli varlıq kimi görür,” o deyir.

İsraillilər deyir ki, girovların oğurlanması və əksəriyyəti mülki şəxslər olmaqla 1400 israillinin amansız qətli, habelə Qəzzaya qurudan hücumda ölən əsgərlərin sayının artması təhlükəsizlik hissini dərindən sarsıdıb.

“İsrail cəmiyyəti heç vaxt indi aldığımız qədər ölümcül yara almamışdı,” Şalom Hartman İnstitutundan Yossi Klenin Halevi deyib.

“Bu, təkcə kütləvi itkilərin, girovların sayı deyil, həm də min israillinin necə öldürülməsi, necə öldüklərinin çarəsizliyidir. Və bu da bu ölkənin quruculuq ruhunu rədd edir. İsrail xalqı üçün təhlükəsiz bir sığınacaq olmaq üçün yaradılmışdı. İsrail vədi bir daha heç vaxt soyqırım düşmənlərinin olmayacağı deyil, yəhudilərin bir daha çarəsiz halda ölməyəcəyi idi,” o deyir.

Qəzzada da mülki şəxslər çarəsiz hiss edirlər. Yüksək tələfat sayı və genişmiqyaslı dağıntılar 2.2 milyon fələstinlini dəhşətə salıb və bir çoxunu evlərini tərk etməyə məcbur edib. İsrail ordusunun mülki vətəndaşlara HƏMAS hədəflərinə qarşı quru əməliyyatların cəmləşdiyi şimal hissəni tərk etmələri barədə xəbərdarlıq etməsinə baxmayaraq, son zamanlarda İsrail təhlükəsiz zona olmalı olan Qəzzanın cənub hissəsinə də bir neçə dəfə havadan zərbə endirib.

“Onlar bizi bombardman edəndə, mən huşumu itirdim. Mənim qardaşım Zeid və iki xalam oğlu şəhid olub, üçüncüsü hələ də itkindir, evin sahibi və onun oğlu da həlak olub. Ola bilsin ki, 10-dan çox insan şəhid olub, qalanları da yaralanıb,” Nuseirat qaçqın düşərgəsindən Kərim Məttar deyir.

Cənubdakı Maqazi qaçqın düşərgəsi də İsrailin hava hücumlarına məruz qalıb və bu, Maqazi sakini olan fələstinli jurnalist Rami Almeqarinin uşaqlarını qorxudub. O deyir ki, yeganə çıxış yolu Qəzzanın gələcəyi ilə bağlı beynəlxalq danışıqlardır.

“Mən düşünürəm ki, siyasi təzyiq nə iləsə, gözəçarpan bir şeylə müşayiət oluna, qarşıdakı dövrdə Qəzza üçün bir növ həll yoluna gətirib çıxaracaq bir növ irəliləyişlə ola bilər,” Qəzzada fələstinli jurnalist Rami Almegari deyir.

İsrailin siyasi və hərbi rəsmilərinin dediyinə görə, münaqişənin həlli yalnız daha çox döyüşlər nəticəsində HƏMAS-ın hərbi infrastrukturunun məhv edilməsindən sonra mümkün olacaq. Lakin hətta İsrailin Amerika müttəfiqləri belə müvəqqəti atəşkəsə icazə vermək üçün təzyiq göstərməyə başlayır. İsrail isə bu tələbi indiyədək rədd edib.

Forum

XS
SM
MD
LG