Accessibility links

"İranda xalqların dil və mədəni haqlarının tanınması vaxtı yetişib"


Həbib Azərsina ilə müsahibə
please wait

No media source currently available

0:00 0:10:52 0:00

Həbib Azərsina ilə müsahibə

Keçən ay Iran parlamentinə seçkilərin ikinci turunda qələbə qazanmış azərbaycanlı millət vəkilləri ana dili məsələsini gündəmə gətirəcəklərinə söz verib. Həm mühafizəkar, həm islahat tərəfdarı, eləcə də müstəqil namizədlər parlamentdə Azərbaycan türkcəsində təhsil məsələsini müzakirəyə çıxaracaqlarını bildirib. Güneyli fəal Həbib Azərsina Amerikanın Səsinin Amerika icmalı proqramında azərbaycanlı millət vəkillərinin proqramları, İranda Azərbaycan dilində təhsil və azərbaycanlıların əsas tələblərindən danışıb.

Həbib Azərsinanın fikrincə, azərbaycanlı parlament üzvlərinin bu dəfə verdiyi vədlər sadəcə seçki kampaniyası zamanı verilən vədlərdən fərqlidir. “Əvvəllər də İranda seçkilər olanda xalqların haqları məsələsi gündəmə gətirilirdi, amma seçkilər keçiriləndən sonra unudulurdu. Amma bu dəfə mən nikbinəm. Çünki xalqların haqlarının tanınması, dil və mədəni azadlıqları məsələsini mən meyvəyə oxşadıram. Bu meyvə artıq yetişib, dəyib, bunun dərilməsinin vaxtıdır. Mənə elə gəlir ki, İranda hakimiyyətdə olanlar özləri bu məsələni başa düşürlər.”

"Və unutmayaq ki, İranın əsas qanununda xalqların haqları tanınıb, o cümlədən, ana dilində təhsil haqqı tanınıb və bu məsələ indi məncə, daha ciddidir və onun baş tutması imkanı, ehtimalı daha yüksəkdir.”Həbib Azərsina

Güneyli fəal İran parlamentinə seçilən azərbaycanlı millət vəkillərinin dəyişiklik yarada biləcəyinə inandığını deyir: “Mən nikbinəm ki, bu dəfə məsələ daha ciddidir. Ona görə ki, seçicilər, xalq bunu tələb edir. İranda hakimiyyətdə olanlar, seçilənlər də bunu görürlər, xalqın tələblərindən kənarda qalmaq istəmirlər, bununla ayaqlaşmaq istəyirlər. İmkan daxilində çalışırlar ki, bu məsələlər olsun. Və unutmayaq ki, İranın əsas qanununda xalqların haqları tanınıb, o cümlədən, ana dilində təhsil haqqı tanınıb və bu məsələ indi məncə, daha ciddidir və onun baş tutması imkanı, ehtimalı daha yüksəkdir.”

Həbib Azərsina partlament seçkilərinin İranla beynəlxalq dünya arasında əlaqələrin bərpa olmağa başladığı bir şəraitdə keçməsinin ölkədə fərqli ab-havanın yaranmasına gətirib çıxara biləcəyini düşünür. O İranın nüvə proqramını məhdudlaşdırılması müqabilində sanksiyaların arasdan qaldırılmasının ölkə iqtisadiyyatına və eləcə də azərbaycanlıların durumuna müsbət təsiri olacağını düşündüyünü bildirib.

"Bu ilin yağıntıları göstərir ki, orada suyun səviyyəsi bir qədər yüksəlib və bu, ümidvericidir. İnşallah Urmu gölü bərpa olacaq, orada su çoxalacaq, flaminqolar yenidən qayıdacaqlar.”Həbib Azərsina

İnsan haqları və ətraf mühitin müdafiəçiləri, eləcə də azərbaycanlı milli fəallar uzun illərdir Urmiyə gölünün qurumasının qarşının alınması səylərinin gücləndirilməsinə çağırır. Əslən Urmiyə şəhərindən olan Həbib Azərsina Urmiyə gölündə ekoloji fəlakətin qarşısının alınması səylərinin də güclənəcəyini gözlədiyini deyir: “Bu məsələyə beynəlxalq diqqət nə qədər artsa, Urmu gölünün gələcəyi bir o qədər parlaq olacaq...Bu ilin yağıntıları göstərir ki, orada suyun səviyyəsi bir qədər yüksəlib və bu, ümidvericidir. İnşallah Urmu gölü bərpa olacaq, orada su çoxalacaq, flaminqolar yenidən qayıdacaqlar.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG