Accessibility links

“İndi ki sizə müsahibə verirəm, qapını çalıb həbsxanaya apara bilərlər” [Audio-Müsahibə]


Həbib Sasaniyan

2016-cı ildə həbs edildikdən sonra mühakimə olunmadan təqribən 16 ay Təbrizdə nəzarət altında saxlanılan Həbib Sasaniyan qanunsuz qrup təşkil etmək və casusluqda ittiham edildiyini deyir. Ərdəbildən Amerikanın Səsinə danışan fəal nəzarətə alınma, həbs və mühakimə prosesləri həmçinin həbsdə olduğu müddətdə keçirdiyi aclıq aksiyası haqqında danışıb.

Həbib Sasaniyanla müsahibə
please wait

No media source currently available

0:00 0:13:52 0:00

Həbib Sasaniyan və onunla birlikdə beş digər vətəndaş 2016-cı ilin may ayında İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındılar.

İrəli sürdükləri ittiham bu oldu ki, mən Sepahın gizli sənədlərini ələ keçirib və başqa ölkələrə, o cümlədən Türkiyənin Kəşfiyat Təşkilatı MİT-ə vermişəm. Amma sonunda özləri də qəbul etdilər ki, bu sözlər boşdur.

Onların həbsindən bir neçə ay sonra, İran İslam Respublikasının ədliyyə qurumu Şərqi Azərbaycan vilayətində “separatçı GAMO şəbəkəsinin 6 nəfərlik casus qrupunun” həbs edildiyinə dair mətbuata məlumat verdi.

Həbib Sasaniyan deyir ki, Şərqi Azərbaycan Ədliyyəsinin məsulları ona qarşı irəli sürülən ittihamlar sübut olunmadan mətbuata yanlış məlumat buraxıblar.

Sasaniyan bacısı oğlu İsmayıl Fəximi və polkovnik Əli Rzayi həmçinin fəallar Mehdi Əmirnejad Qasimi, Həmid Səqəfi və Babək Avəndin onunla birlikdə nəzarət altına alındığını bildirir.

Fəal İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) zabiti olan polkovnik Əli Rzayi ilə dostluğu haqqında Amerikanın Səsinə ətraflı məlumat verib.

O, məruz qaldığı casusluq ittihamı haqqında belə deyir:

“İrəli sürdükləri ittiham bu oldu ki, mən Sepahın gizli sənədlərini ələ keçirib və başqa ölkələrə, o cümlədən Türkiyənin Kəşfiyat Təşkilatı MİT-ə vermişəm. Amma sonunda özləri də qəbul etdilər ki, bu sözlər boşdur və bunu sübut etmək üçün heç bir sənədləri olmadı ki qoysunlar ortaya.”

İndi bu saat ki mən sizinlə danışıram, mümkündür ki, qapını döyüb məni götürüb aparalar həbsə.

Həbib Sasaniyan Təbrizdə ilkin məhkəmə tərəfindən 15 il həbsə məhkum edilib. Daha sonra Şərqi Azərbaycanın Apelyasiya məhkəməsi onun şikayətinə baxıb və həbs cəzasını 9 ilə endirib.

“İndi bu saat ki mən sizinlə danışıram, mümkündür ki, qapını döyüb məni götürüb aparalar həbsə o doqquz il ya indi istəsələr 5 il çəkdirələr,” deyə o hökmün yaxında icraya qoyulabiləcəyini bildirir.

XS
SM
MD
LG