Accessibility links

Aleksey Navalni Rusiyaya çatan kimi həbs edildi


Kremlin tənqidçisi Aleksey Navalni Rusiyaya çatan kimi həbs ediib. Buna səbəb kimi Navalnının 2014-cü ildə cəzasının dayandırılaraq müvəqqəti azadlıq şərtlərini pozması göstərilib. O, 3,5 il həbs cəzası ala bilər.

Bundan əlavə, Rusiyanın nüfuzlu İstintaq Komitəsi Navalnı barədə iki əlavə cinayət işi açdığını bildirib.

Planlarını elan edərkən Navalnı həbs ediləcəyi ilə bağlı hədələrin onu sürgünə məcbur etmək cəhdi olduğunu deyib.

Vnukovo hava lımanına Navalnını qarşılamağa gələnlər saxlanılıb. Məlumata görə, saxlananlar arasında Korrupsiyaya Qarşı Mübarizə Fondunun əməkdaşları Lyubov Sobol və Ruslan Şaveddinov, bundan başqa yeni azadlığa buraxılan keçmiş siyasi məhbus Konstantin Kotov və Navalnının qardaşı Oleq Navalnı da var.

Yayılan videokadrlarda hava limanına çoxsaylı "OMON" qüvvələrinin gəldiyi görünür.

Navalnının olduğu təyyarə yanvarın 17-də Berlin-Brandenburq hava limanından Moskvaya yola düşüb. Təyyarədə olan jurnalistlərin suallarına cavab verən Navalnı həbs oluna biləcəyini istisna etməyib.

Başqa belə xəbərdarlıqlar Rusiyanın müxtəlif şəhərlərindən qarşılama üçün Moskvaya yola düşmək istəyənlərə də edilib.

2020-ci il avqustun 20-də Tomskdan Moskvaya uçduğu təyyarədə Aleksey Navalnının səhhəti kəskin pisləşib. Vəziyyəti kritik olduğundan təyyarə Omsk hava limanına təcili eniş edib. Bir müddət yerli xəstəxanada qaldıqdan sonra o, xüsusi təyyarə ilə Almaniyaya aparılıb. Berlindəki Charite klinikasına 32 gün intensiv müalicəsinə olunub.

Sentyabrın 2-də alman həkimlər üç müxtəlif laboratoriyanın nəticələrinə istinad edərək Navalnının "Noviçok"la zəhərləndiyini bəyan ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG