Accessibility links

Gözəl Bayramlının səhhəti kəskin pisləşib


AXCP sədrinin müavini Gözəl Bayramlı
AXCP sədrinin müavini Gözəl Bayramlı

“Gözəl Bayramlı sərbəst oturub-qalxa bilmir. Ondan ayrılanda ayağa mənim köməkliyimlə qalxdı", vəkil Zibeydə Sadıqova iyulun 25-də Bakı İstintaq Təcridxanasında AXCP sədrinin müavini Gözəl Bayramlı ilə görüşündən sonra bildirib.

Vəkil G.Bayramlının səhhətilə bağlı problemlərin şiddətləndiyini deyib.

"Ayağındakı ağrılar dəhşətli hal alıb. Bu günlərdə həkimlər onu yenidən yoxlayıblar. Deyiblər ki, ayağının durumu olduqca pisdir, onların tutulması təhlükəsi yaranıb", vəkil bildirib.

Z.Sadıqova deyib ki, G.Bayramlının telefon hüququna məhdudiyyətlər də aradan qaldırılmayıb. Telefonla dostları, qohumları ilə əlaqə saxlaya bilmir. Çünki təcridxana rəhbərliyi icazə vermir.

Penitensiar Xidmət vəkilin bəynataına hələ münasibət bildirməyib.

Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. O, Cinayət Məcəlləsinin 206.1-ci maddəsi (qaçaqmalçılıq) ilə ittiham olunur. Mayın 26-da Səbayel Rayon Məhkəməsi onun 3 ay müddətinə həbsinə qərar verib.

Rəsmi məlumatda deyilir ki, Gürcüstandan qayıdarkən onun şəxsi əşyaları arasında 12 min avro aşkar edilib.

Məhkəmədə Gözəl Bayramlı qeyd edib ki, bu pulu hüquq-mühafizə orqanlarının əməkdaşları onun əşyalarının arasına qoyub və onun həbsi siyasi xarakter daşıyır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG