Accessibility links

“Nardaran məhbusları” cərimə kamerasına salınıb


Taleh Bağırzadəyə azadlıq! şüarı
Taleh Bağırzadəyə azadlıq! şüarı

Bu günlərdə Qobustan qapalı həbsxanasına köçürülən “Müsəlman Birliyi” Hərəkatının lideri Tale Bağırzadə və daha iki “Nardaran məhbusu” Cabbar Cabbarov və Abbas Hüseyn cərimə kamerasına (kars) salınıb.

Bu barədə Tale Bağırzadənin ailəsindən Turana bildirib.

Ailə üzvləri onların hansı səbəbdən cərimə kamerasına salındığını bildirilməyib.

Penitensiar Xidmət bununla bağlı hələ şərh verməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Tale Bağırzadə və Abbas Hüseyn 20 il, Cabbar Cabbarov isə 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə görə, Tale Bağırzadə və Abbas Hüseynin cəzalarının 7, Cabbar Cabbarov isə 5 ilini Qobustan Qapalı Rejimli Həbsxanasında cəkməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG