Accessibility links

Rüfət Səfərov və Cavid Şirəliyev həbsxanada aclığa başlayıb


Rüfət Səfərov
Rüfət Səfərov

9 saylı Cəzaçəkmə Müəssisində saxlanılam jurnalist və hüquq müdafiəçisi Cavid Şirəliyev və hüquqşünas Rüfət Səfərov sentyabrın 21-də qeyri-müəyyən müddətə aclığa başlayıb. Bu barədə Rüfət Səfərovun anası Tahirə Səfərova Amerikanın Səsinə bildirib.

Cavid Şirəliyev
Cavid Şirəliyev

“9 saylı Cəzaçəkmə Müəssisəsində baş verən qanunsuzluqlara, dustaqlara göstərilən qeyri-insani münasibətə, işgəncələrə, əsassız təyin edilən "kars"lara, məhkumların imtiyazlı və imtiyazsız siniflərə bölünməsinə, cəzaçəkmə müəssisəsinin korrupsiyalaşmış qapalı tipli səhmdar cəmiyyətinə çevrilməsinə, ümumiyyətlə, hazırki ədliyyə sisteminin ötən əsrin " QULaq"ının təkrarlanmasına etiraz rəmzi olaraq siyasi dustaqlar- jurnalist və hüquq müdafiəçisi Cavid Şirəliyev və hüquqşünas Rüfət Səfərov qeyri-müəyyən müddətə aclığa başlayıblar”, Tahirə Səfərova Rüfət Səfərovun facebook səhifəsində yazıb.

Tahirə Səfərova
Tahirə Səfərova

Onun sözlərinə görə, sentyabrın 21-də Qırmızı Xaş Komitəsinin nümayəndələri Rüfət Səfərov və Cavid Şirəliyevə baş çəkib.

Penitensiar Xidmət aclıq aksiyasına və Tahirə Səfərovanın yazdıqlarına hələ münsaibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG