Accessibility links

Vəkil Beynəlxalq Bankın sabiq sədri ilə görüşə bilmir


Cahangir Hacıyev

Azərbaycan Beynəlxalq Bankının (ABB) keçmiş rəhbəri Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev oktyabrın 20-də 13 saylı Cəzaçəkmə Müəssisəsində onunla yenə də görüşə bilməyib. Bu barədə Amerikanın Səsinə Mehdiyevin özü bildirib.

Onun sözlərinə görə, sentyabrın 26-dan nə o, nə də digər vəkillər C.Hacıyevlə görüşə bilmir.

Oktyabrın əvvəlindən isə C.Hacıyevin doğmaları ilə görüşünü qadağan ediblər. Ötən gün onun bacısına da görüş üçün icazə verilməyib.

F.Mehdiyev qeyd edib ki, Penitensiar Xidmətin rəhbərliyi C.Hacıyevlə görüş verilməməsinin səbəblərini açıqlamayıb.

Vəkillər koloniya rəhbərliyi ilə görüşə bilməyiblər.

F.Mehdiyev vəkillərin C.Hacıyevlə görüşünə qoyulan məhdudiyyəti qanunvericiliyin, məhbus və vəkillərin hüquqlarının kobud pozulması kimi qiymətləndirib.

Vəkillər istənilən vaxt müttəhimlərə maneəsiz baş çəkmək hüququna malikdir.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

2015-ci ildə ABB-də iri maliyyə pozuntuları və xaricə kapital axınının üstü açılıb. ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyev 15 il azadlıqdan məhrum edilib. O, özünü təqsirkar saymayaraq bildirib ki, böyük pullar Müşahidə Şurasının razılığı ilə ayrılıb. ABB-nin bəzi filiallarının keçmiş rəhbərləri də azadlıqdan məhrum ediliblər

Fikirləriniz

Show comments

XS
SM
MD
LG