Accessibility links

BQXK-nin nümayəndələri AXCP sədrinin müavininə baş çəkib


Gözəl Bayramlı
Gözəl Bayramlı

Fevralın 20-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Gəncə şəhər İstintaq Təcridxanasında (Bakıdan 364 kilometr qərb) Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı ilə görüşüb.

AXCP-nin məlumatına görə, nümayəndələr G.Bayramlının sağlamlıq durumu ilə maraqlanıb və hal-hazırda onun səhhətində olan problemləri nəzarətə götürəcəklərini bildiriblər.

G.Bayramlı son günlər səhhətində ağırlaşma olduğunu və mədəsində kəskin ağrılar başladığını bildirib.

AXCP sədrinin sözlərinə görə, təcridxana rəhbərliyi də onun şikayətləri əsasında həkim çağıraraq, müayinədən keçməsini təmin edib.

G.Bayramlı qeyd edib ki, qısa vaxtda səhhətindəki ağırlaşmaların müalicəsinə başlanacaq.

Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Bakının Səbael Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən Gözəl Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur. Gözəl Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.

2018-ci il yanvarın 23-də Qazax rayon Məhkəməsinin hökmü ilə Gözəl Bayramlı üç il azadlıqdan məhrum edililb.

XS
SM
MD
LG