Accessibility links

AXCP fəalları cərimə kamerasına salınıb


Babək Həsənov
Babək Həsənov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları olan məhbuslar cərimə kamerasına salınıb.

Həbsdə olan Babək Həsnovun qardaşı Cavid Həsənov Amerikanın Səsinə bildirib ki, okytabrın 8-də AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, partiyanın Nərimanov şöbəsinin sədri Babək Həsənov və Gənclər Komitəsinin məclis sədri Ruslan Nəsirli saxlanıldıqları 1 saylı Bakı İstintaq Təcridxanasında cərimə kamerasına salınıb.

“Bizə çatan məlumata görə hər üç məhbus yataq yerlərini düzgün yığmamaq bəhanəsi ilə oktyabrın 8-dən 3 günlük cəzalandırılıb. Bir müddət əvvəl eyni cinayət işi ilə təqsirləndirilən Gədəbəy rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmli də 3 günlük kars cəzası alıb”, o qeyd edib.

Öz növbəsində Penitensiar Xidmət bir qayda olaraq həbs yerlərində saxlanılan insanlarla qanunvericilik və daxili nuizam-intizam qaydalarına uyğun davranıldığını bildirir.

AXCP fəalları Aqil Məhərrəmov, Ruslan Nəsirli və Babək Həsənov mayın 25-də həbs olunub. Onlar Gədəbəy rayonunun keçmiş icra hakimiyyəti başçısı Saleh Rüstəmov və qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə məsuliyyətə cəlb edilib. Onların hamısını "çirkli pulların yuyulmasında" ittiham edirlər, bu, Rusiyada azərbaycanlı biznesmenlərdən yığılan ianələrin AXCP-yə verilməsindən ibarət olub.

XS
SM
MD
LG