Accessibility links

Pərviz Həşimlinin məhkəməsi davam edir


Pərviz Həşimli
Pərviz Həşimli

Jurnalist evinin qarşısındakı müşahidə kamerasındakı məlumatlarla bağlı MTN-ə sorğu verilməsi haqda vəsatət qaldırıb

Aprelin 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Pərviz Həşimovun işi üzrə proses davam edib. O, silah qaçaqmalçılığında ittiham olunur.

İclasın əvvəlində jurnalist evinin qarşısındakı müşahidə kamerasındakı məlumatlarla bağlı Milli Təhlükəsizlik Nazirliyinə (MTN) sorğu verilməsi haqda vəsatət qaldırıb. Bundan əvvəl MTN belə sorğulara məhəl qoymayıb.

“Kameradakı məlumatları ona görə açıqlamırlar ki, silahları evin qarşısına MTN işçilərinin özlərinin atdığı məlum olacaq”, P.Həşimli bildirib.

Sonra Həşimlinin vəkilləri digər müttəhim Təvəkkül Qurbanova suallar veriblər.

Onların hansı şəraitdə həbs olunması ilə bağlı sualın cavabında T.Qurbanov deyib ki, onun maşınında həbs olunublar. Lakin ibtidai istintaq zamanı o bildirib ki, P.Həşimli avtomobilin yanında saxlanılıb.

Bundan əlavə, T.Qurbanov məhkəmədə bildirib ki, P.Həşimli ona 15 min dollar verib. Bunun 12 min dollarını İrandan silah gətirən şəxsə verməliymiş, qalan 3 minini özünə götürməliymiş. Lakin istintaq zamanı o demişdi ki, P.Həşimli əvvəlcə ona 12 min dollar, sonra 3 min dollar verib.

T.Qurbanovun ifadələrində digər uyğunsuzluqlar da olub.
Növbəti iclas mayın 1-nə təyin edilib.

Pərviz Həşimli “Bizim yol” qəzetinin əməkdaşı, moderator.az saytının rəhbəri, Siyasi və Vətəndaş Hüquqlarının Müdafiəsi Mərkəzinin rəhbəri, AXCP İdarə Heyətinin üzvüdür.
XS
SM
MD
LG