Accessibility links

Salyandakl Demokratiyaya Yardım İctimai Birliyinin rəhbəri saxlanıb [Audio-müsahibə]


Həbs
Həbs

Emil Məmmədovun telefonu söndürülüb

Mayın 13-də Salyanda “Demokratiyaya Yardım” İctimai Birliyinin rəhbəri Emil Məmmədov zorla pul tələb etməkdə şübhəli bilinərək saxlanıb.
Emil Məmmədov və Zaman Əmirovla müsahibə
please wait

No media source currently available

0:00 0:04:41 0:00
Direct link
(Müsahibə aprelin 7-də götürülüb)

Bu barədə Turan agentliyinə o özü Salyan rayon Polis Şöbəsindən bildirib. Daha sonra Emil Məmmədovun telefonu söndürülüb.

Məmmədovun saxlanmasının səbəbləri barədə rəsmi səviyyədə hələ hər hansı məlumat yayılmayıb.

"Demokratiyaya Yardım” İctimai Birliyi ölkənin cənub regionunda fəal vətəndaş cəmiyyəti institutlarından biridir.

Qurumun rəhbəri E.Məmmədov dəfələrlə yerli hakimiyyət strukturlarında korrupsiya faktlarını açıqlayıb, həmçinin yerli sakinlərn hüquqlarının müdafiəsinə qalxıb. QHT hasilat sənayesində vətəndaş nəzarəti şəbəkəsinin bir sıra layihələsində iştirak edib.

E.Məmmədov 2010-cu ildə Salyan rayonunda baş vermiş daşqınların nəticələrinin aradan qaldırılmasında mühüm rol oynayıb.
XS
SM
MD
LG