Accessibility links

İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb


narkotik
narkotik

O, silahlı müqavimət göstərmək istəyib

İrandan Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.

Azərbaycanın Beyləqan rayonu 1-ci Şahsevən kəndinin (Bakıdan 265 kilometr cənub-qərb) yaxınlığında İran vətəndaşı Hüseyn Hüseyni saxlanıb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) yaydığı məlumata görə o silahlı müqavimət göstərməyə çalışıb.

İran vətəndaşından "Maqnum-200" markalı tapança və 1 kiloqram 580 qram həşiş qətranı götürülüb.

Faktla bağlı DSX İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitə əldə etmə, daşıma, saxlama və ya satma) və 318.2 (dövlət sərhədinin pozulması) maddələri ilə cinayət işi başlanıb.

Hüseyn Hüseyni haqqında həbs-qətimkan tədbiri seçilib.
XS
SM
MD
LG