Accessibility links

İREX təşkilatının Azərbaycan nümayəndəliyinin bank hesablarına həbs qoyulub


Bu qərarı Nəsimi rayon məhkəməsi verib

İyulun 31-də Amerikanın İREX qeyri-hökumət təşkilatının Azərbaycan nümayəndəliyinin bank hesablarına həbs qoyulub. Bu barədə qərarı Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi rayon Məhkəməsi verib.

Bu barədə Turan-a beynəlxalq təşkilatlardakı mənbələrdən bəlli olub.

Məlumatına görə, İREX məhkəmənin qərarından apellyasiya şikayəti verib.

İREX-in özü isə bununla bağlı şərh verməyib.

Bu təşkilat Azərbaycan KİV-inin əsas donorlarından biridir. Bir neçə il ərzindən İREX onlarla layihə həyata keçirib, KİV-ə maddi və texniki yardım göstərərək, jurnalistlər üçün çoxsaylı treninqlər və seminarlar təşkil edib.

Bundan başqa, İREX ölkənin kənd sakinlərinin İnternetə çıxışı işində böyük rol oynayıb, onlarla kənddə pulsuz internet otaqları təşkil edib.

Bu ilin mayında Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsi bir sıra yerli və xarici QHT-lərə qarşı cinayət işinə başlayıb. Həmin vaxtdan 20-yə yaxın yerli və xarici QHT-nin hesabına həbs qoyulub. Bu QHT-lərin bəzirlərində vergi yoxlamaları aparılır.

Bu zaman hüquq-mühafizə orqanları araşdırmanın səbəbləri ilə bağlı şərh vermir.

Yerli fəallar bunu müstəqil vətəndaş cəmiyyəti institutlarının aradan qaldırılması məqsədilə hakimiyyətin təzyiqi kimi qiymətləndirirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG