Accessibility links

"İşıq məhbusları"nın həbs müddəti bir ay uzadılıb


Biləsuvar rayonunda etiraz
Biləsuvar rayonunda etiraz

Mayın 11-də Bakının Nəsimi rayon Məhkəməsi hakim Babək Pənahovun qərarı ilə Cəbrayıl rayonundan olan “işıq məhbusları”nın həbs müddətləri daha bir ay müddətinə uzadıb. Bu barədə vəkil Elçin Sadıqov bildirib.

Vəkil qərardan apellyasiya şikayəti verəcəyini yazıb.

2016-ci il dekabrın 22-də Biləsuvar rayonunda məcburi köçkünlərin yaşadığı 11 qəsəbəyə elektrik enerjisinin verilməsinin kəsilməsilə əlaqədar sakinlər etiraz aksiyası keçirib.

Aksiya polis tərəfindən dağıdılıb. Aksiya iştirakçılarından Cəlal Quliyev, Zaur Feyruz, Gülağa Alməmmədov, Ülvi Quliyev və İlkin İsgəndərov polisə müqavimət göstərmək, iğtişaşlar törətmək, başqasının əmlakını məhv etmək ittihamları ilə həbs olunub. Onlar Cəbrayıl köçkünləridir.

XS
SM
MD
LG