Accessibility links

"Tolışi sado" qəzetinin baş redaktoru saxlanılıb və azad buraxılıb


Hilal Məmmədov (Foto Ülvi Həsənlinindir)
Hilal Məmmədov (Foto Ülvi Həsənlinindir)

“Tolışi sado” qəzetinin baş redaktoru Hilal Məmmədov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 6 saat saxlanıldıqdan sonra azad buraxılıb.

H.Məmmədov Amerikanın Səsinə bildirib ki, iyunun 8-də polis sahə müvəkkili onun Bakı Baş Polis İdarəsinə çağırılıdığını bildirib. Ancaq o, H.Məmmədovu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıb.

Öncə onu gənc əməkdaş dindirib və fevral ayında ölkədən qaçmış Şahin Mirzəli ilə çəkilmiş kollektiv fotonu göstərib.

“O, gözlüklü bir nəfəri göstərərək onun mən olub-olmadığını soruşdu. Mən cavab verdim ki, xeyr. Sonra məndən fotodakı digər adamlar barədə soruşdular”, - H.Məmmədov qeyd edib.

O deyib ki, heç zaman Ş.Mirzəli ilə tanış olmayıb. Polis özü fotodakıların kim olduğunu aydınlaşdıra bilər və bundan ötrü onu BMCQMİ-yə aparmağa gərək yox idi.

Sonra H.Məmmədovu hansısa rəisin yanına aparıblar. O, “Tolışi sado” qzəeti haqda soruşub.

Öz növbəsində H.Məmmədov deyib ki, polisin qəzet nəşrilə bağlı heç bir iradı ola bilməz. Bu, Ədliyyə Nazirliyinin səlahiyyətinə aiddir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG