Accessibility links

Əfqan Muxtarlının səhhətində problem yaranıb


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Həbsdə olan jurnalist Əfqan Muxtarlının mədəsində "qastrit" yaranıb. Ürək döyüntüləri 100-dək artıb. Jurnalist ağrılardan əziyyət çəkir. Bu barədə vəkil Zübeydə Sadıqova iyulun 28-də jurnalistlə görüşündən sonra Amerikanın Səsinə bildirib.

Vəkilin sözlərinə görə, həkimlər jurnalisti müayinə etdikdən sonra bu qənaətə gəliblər.

"Həkimlər Muxtarlını müayinə etdikdən sonra müalicə üçün dərmanlar yazıb. İndi onu nə müalicə edirlər, nə dəman verilrər, nə də resepti verirlər ki, dərmanları alınsın", Sadıqova qeyd edib.

Vəkilə Əfqan Muxtarlı deyib ki, kəskin mədə ağrılarından əziyyət çəkir.

"Muxtarlı həmçinin arıqlamaqda davam edir. O özü dedi ki, həbsxanaya gələndə 130 kiloqram olub və hazırda 21 kiloqram arıqlayaraq 109 kiloqram olub"

Z.Sadıqova jurnalistin telefonla danışmasına qadağanın davam etdiyini, həyat yoldaşı və digər ailə üzvləri ilə hələ də danışa bilmədiyini deyib.

Gürcüstandan oturum izni alan jurnalist Ə.Muxtarlı mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Ə.Muxtarlının bildirməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun deməsinə görə, sərhədə cibinə 10 min avro da qoyulub.

Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etməkdə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlıbir sıra araşdırma yazılarının da müəllifidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG