Accessibility links

Müsavat Patiyasının rayon təşkilatının sədri 2,5 il azadlıqdan məhrum edilib


Xasay Fərzulla

Masallı Rayon Məhkəməsi Müsavat Partiyasının Masallı rayon təşkilatının sədri Xasay Fərzullanı 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Xasay Fərzulla bu il aprelin 5-də yol-nəqliyyat hadisəsi törədib. Belə ki, o Masallı rayonunun Bədəlan kənd ərazisində öz avtomobilində hərəkətdə olan zaman Bədəlan kənd sakini, piyada Rauf Tağıyevin qəfildən yola çıxması nəticəsində onu vurub. Sürücü dərhal Tağıyevi xəstəxanaya çatdırıb və Bakıda müalicəsinin, o cümlədən cərrahi əməliyyatın bütün xərclərini, öz üzərinə götürüb.

Vəkil Nemət Kərimli məhkəmənin hökmünü qərəzli sayır və apellyasiya şikayəti verəcəyini bildirib.

Müsavat Partiyasının başqanı Arif Hacılı məhkəmənin hökmünü siyasi adlandırıb.

“Analoji hallarda bəzən ümumiyyətlə cəza verilmədiyi və ya qat-qat yüngül cəza verildiyi halda Müsavat nümayəndəsinə sifarişlə mümkün olan ən yüksək cəza təyin edildi.

Hakimiyyətin fəaliyyət tarixinə Avropa Məhkəməsində uduzulacaq daha bir iş, daha bir qara ləkə həkk olundu”, Arif Hacılı facebook səhifəsində yazıb.

XS
SM
MD
LG