Accessibility links

Mühacirətdə olan jurnalisti Kiyevdə saxlayıblar


Fikrət Hüseynli
Fikrət Hüseynli

Niderlandda siyasi mühacirətdə olan müxalif “Azadlıq” qəzetinin müxbiri olmuş Fikrət Hüseynli oktyabrın 14-də Kiyev şəhərinin Borispol hava limanında saxlanılıb.

O, telefonla Azərbaycanın İnterpol-da olan sorğusu əsasında saxlanıldığını bildirməyə müvəffəq olub, deyə azadliq.info saytı məlumat verir. Amma jurnalistə qarşı irəli sürülən ittiham ona məlum deyil.

“Fikrət Hüseynli Kiyev şəhərində Borispol aeroportunda saxlanılaraq təcridxanaya aparıldı. Azərbaycan hökumətinin Ukrayna təhlükəsizlik qüvvələrinə verdiyi sorğu əsasında saxlanılıb və İnterpolun axtarış bazasında onun adı yoxdur”, bu məlumatı isə “Azadlıq” qəzetinin mühacirətdə olan baş redaktoru Qənimət Zahidov facebook səhifəsində yazıb.

Fikrət Hüseynli
Fikrət Hüseynli

Maraqlıdır ki, Hüseynli Niderland vətəndaşlığı alıb və hazırda xaricdən yayımlanan "Turan TV" müxalif telekanalı ilə əməkdaşlıq edir.

Hüseynli Azərbaycanı 10 il əvvəl oğurlanıb amansızca döyüldükdən və bıçaqlandıqdan sonra ölkəni tərk edib. Onu oğurlayanlar hələ də müəyyən edilməyib.

Azərbaycanın Baş Prokurorluğu hələ Fikrət Hüseynlinin saxlanılması ilə bağlı məlumatlara münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG