Accessibility links

AXCP fəalı saxlanılıb


AXCP
AXCP

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) gənc fəal Rəcəb Hüseynovun saxlandığını bildirib. Ancaq onun saxlandığı yer məlum deyil, partiyanın mətbuat xidməti bildirib.

R.Hüseynov AXCP Saatlı rayon şöbəsinin Gənclər Komitəsinin üzvüdür. Oktyabrın 18-də Biləsuvar rayonunda saxlanılıb. Oradan Bakıya gətirilib.

AXCP hesab edir ki, fəal oktyabrın 7-də Bakıda Milli Şuranın keçirdiyi mitinqdə iştiraka görə saxlanılıb.

Biləsuvar rayon Polis Şöbəsi gəncin saxlanması ilə bağlı şərh verməyib.

XS
SM
MD
LG