Accessibility links

Mühacirin qardaşı həbs edilib


Sahib Teymurov
Sahib Teymurov

Mühacirətdə olan "Uşaq evlərinə qayğı" QHT-nin rəhbəri Sahib Teymurov qardaşının qanunsuz narkotik dövriyyəsi ittihamı ilə həbs edildiyini bildirib. Bu barədə o, öz Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, dekabrın 7-də heç bir səbəb olmadan qardaşı Tahir Teymurov həyat yoldaşı, qızı və oğlu ilə birlikdə Bərdə rayon polis şöbəsinə aparılıb. Onlara Sahib Teymurovdan imtina etmələri üçün təzyiq göstərilib.

Bundan sonra qardaşı uşaqları Sahib Teymurovun nəşrlərinə şərhlərdə onun vətən xaini olduğunu, ona nifrət etdiklərini yazıblar.

Sahib Teymurovun qardaşı Tahir dekabrın 8-də yenidən polisə çağırılıb və dekabrın 21-nə qədər ondan xəbər olmayıb.

Bu gün məlum olub ki, onun cibindən 0,5 qr heroin "tapılıb" və o, narkotik yaymaq ittihamı ilə həbs edilib.

Dövlət tərəfindən təyin edilmiş vəkil Seymur Zeynalov bildirib ki, Tahir Teymurova qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixiotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda baş verdikdə) cinayət işi başlanıb. Bu ittiham sübut olunarsa onu 12 ilədək həbs gözləyir.

Müttəhimi Gəncə istintaq təcridxanasına köçürüblər.

Sahib Teymurov qardaşının həbsində Azərbaycan rəhbərliyini ittiham edir.

Sahib Teymurovun sözlərinə görə, ona Facebook-da tənqidi statuslar yazmağa son qoyması üçün təzyiq göstərilir. Amma Sahib Teymurov fəaliyyətini dayandırmayacağını bildirib.

Sahib Teymurov həmçinin qeyd edir ki, Şəki Uşaq Evinin işgəncələrdən danışan şagirdi ilə müsahibənin videosunu internetdə yaydığına görə həbsinin "hazırlanması" ilə əlaqədar ölkəni tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Sahib Teymurov 2007-ci ildə cinsi istismara məruz qalan yetkinlik yaşına çatmamış QİÇS xəstəsi olan qızla bağlı məlumatı ictmailəşdirdikdən sonra həbs edilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG