Accessibility links

Müxalifət fəalı həbs edilib


Hüseyn Həsənliyə 30 sutka inzibati qaydada həbs verilib

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KXCP) fəalı Hüseyn Həsənlinin həbs edildiyi bildirilir. Bu haqda KXCP məlumat yayıb.

Məlumata görə, partiyanın Nərimanov rayon şöbəsinin üzvü Hüseyn Həsənli yanvarın 27-də axşam saatlarında polis tərəfindən saxlanılıb.

"Hüseyn Həsənli Facebook-da, sosial şəbəkələrdə fəal idi. Həmin gün hansı səbəbdən saxlanması haqda məlumat verilmədi. Harada olması barədə də məlumat ala bilmədik. Yalnız bu gün, yanvarın 30-da məlum olub ki, H.Həsənli inzibati qaydada həbs edilib", - məlumatda deyilir.

Partiyadan bildiriblər ki, yanvarın 28-də Nərimanov Rayon Məhkəməsi onun barəsində 30 sutka inzibati həbs qərarı çıxarıb və buna səbəb kimi Hüseyn Həsənlinin polisi söydüyü göstərilir.

Partiya təmsilçiləri Hüseyn Həsənliyə qarşı ittihamı absurd sayırlar. Hüseyn Həsənlinin ailəsi ilə məsləhətləşmədən sonra qərardan şikayət verilib-verilməməsinə aydınlıq gətiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG