Accessibility links

Mühacirətdə olan fəalın qardaşı həbs edilib


Tural Sadıqlı
Tural Sadıqlı

Fevralın 23-də Almaniyada mühacirətdə olan Tural Sadıqlının qardaşı Elgiz Sadıqlı saxlanılıb. O Bakının Nəsimi rayonu ərazisində saxlanılıb və 30 sutka həbsə məhkum edilib. Bu barədə Amerikanın Səsinə Elgiz Sadıqlının atası Əlövsət Sadıqlı bildirib.

“Oğlumu barəsində axtarış olmamasına baxmayaraq fevralın 23-də saat 15-16 radələrində Nəsimi rayonun ərazisində mülki geyimli şəxslər saxlayıb. Onu sonra Sabunçi rayon polisinə gətiriblər. Daxiıli İşlər Nazirliyinin 102 xidmətindən öyrəndik ki, Sabunçu rayon Məhkəməsinin hakimi Süleyman Ağayev oğluma 30 sutka həbs qərarı çıxarıb. Sabunçu rayon Polis İdarəsindən bildirdilər ki, Elgiz Binəqədi rayonundakı İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə təhvil verilib. Məntəqədə isə dedilər ki, orada Elgiz Sadıqlı adlı şəxs yoxdur. Oğlumun harada saxlabıldığı, hansı maddə ilə həbs olunduğu barədə məlumat ala bilmirik”, Əlövsət Sadıqlı qeyd edib.

Əlövsət Sadıqlının Almaniyada mühacirətdə olan oğlu Tural Sadıqlı hökuməti sərt tənqidləri, Avropa ölkələrdə Azərbaycan iqtidarı əleyhinə keçirilən aksiyalarda fəal iştirakı ilə tanınır.

Əlövsət Sadıqlı
Əlövsət Sadıqlı

Əlövsət Sadıqlının özü də fevralın 18-də saxlanılıb, fevralın 19-da azad buraxılıb. Qardaşı Zahir Sadıqov fevralın 20-də polsiə çağırılıb.

“Saxlanmağımızın səbəbi mühacirətdə olan oğlum Tural Sadıqlının tənqidi çıxışları, statusları, video yayımları ilə bağlıdır. Mən saxlanılarkən Sabunçu rayon Polis İdarəsində oğlumun fəaliyyətinin dövlətin əleyhinə olduğu barədə dedilər. Mən dedim ki, hökumətin əleyhinə, idarəçilik mexanizmi ilə bağlı tənqidi çıxışları ola bilər, amma dövlətin əleyhinə heç zaman çıxış edə bilməz. Dövləti biz qurmuşuq, qurduğumuz dövlətə qarşı çıxa bilmərik" , o Amerikanın Səsinə deyib.

Əlövsət Sadıqlı və oğlu Elgiz Sadıqlı 2015-ci ildə də saxlanılıb. O, ailəsinə qarşı təzyiqlərin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.

“2015-ci ildə yanvarın 21-də İlham Əliyevlə Almaniya kansleri Angele Merkelin görüşü zamanı bizim etiraz aksiyamızdan bir neçə həftə sonra fevralın 13-də atam və qardaşım Elgiz həbs edildi. Qardaşıma verilmiş iki illik həbs sonradan apellyasiya məhkəməsinin qərarı ilə şərti cəza hesab edilərək azadlığa buraxıldı. Ondan sonra ailə üzvlərimizə ara-sıra təzyiqlər, təhdidlər olurdu. İndi isə mühacirətdə olan digər siyasi fəalların ailə üzvlərinə qarşı edilən repressiya dalğası mənim ailə üzvlərimə qarşı da yönəlib”, Tural Sadıqlı Amerikanın Səsinə bildirib.

Rəsmi qurumlar siyasi fəalın qardaşının saxlanılmasının səbəbləri ilə bağlı hələ hər hansı məlumat verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG