Accessibility links

Dəyanət Babayev inzibati qaydada cərimə olunaraq azad buraxılıb


AXCP fəalı Dəyanət Babayev
AXCP fəalı Dəyanət Babayev

Dəyanət Babayev inzibati qaydada cərimə olunduqdan sonra azad buarxılıb.

“Binəqədi inzibati təcridxanasina Tural Sadıqlının qardaşi haqqda məlumat almaqa gedərkən məni mülki geyimlilər saxladi, elə təcridxananin içində 2 saatdan artiq sorğu sual etdilər. Daha sonra məni Binəqədi rayon 4 cu polis bölməsinə təhvil verdilər. Orada mənə inzibati qaydada protokol tərtib etdilər guya təcridxanada səs-küy salmişam. İnzibatı qaydada 51 AZN cərimə etdilər və sonra azad buraxdılar”, o facebook səhifəsində yazıb.

***

Fəal Dəyanət Babayev fevralın 24-də saxlanılıb.

“Saxlanilmişam 4-cu polis bölməsindəyəm, vəkilə ehtiyac var”, deyə o facebook səhifəsində fevralın 24-də saat 15 radələrində xəbər verə bilib.

Belə ki, Babayev Almaniyada mühacirətdə olan fəal Tural Sadıqlının atası Əlövsət Sadıqlı ilə bu gün günorta saatlarında Binəqədi rayonundakı İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinin qarşısına gəlib.

Tural Sadıqlının qardaşı Elgiz Sadıqlı fevralın 13-də saxlanılıb və ona 30 sutka həbs verilib. Atası oğlunun harada saxlanılması ilə bağlı məlumat ala bilmədiyindən Binəqədidədki saxlama məntəqsinin qarşısına gəlib.Onunla birgə fəal Dəyanət Babayev də olub.

Dəyanət Babayev, Əlövsət Sadıqlı Binəqədi saxlama məntəqəsinin qarşısında - foto favralın 24-də saat 12-də facebbokda yayımlanıb
Dəyanət Babayev, Əlövsət Sadıqlı Binəqədi saxlama məntəqəsinin qarşısında - foto favralın 24-də saat 12-də facebbokda yayımlanıb

“Biz Dəyanət Babayevlə məntəqənin qarşısında gözləyirdik. Məntəqədən bildirdilər ki, oğlum Elgiz Sadıqlı buradadır, bir azadan sizin onunla görüşünə şərait yaradılacaq. Nədənsə görüş üçün dəyanəti dəvət etdilər və o içəri daxil oldu. Sonra ondan bir xəbər öyrənə bilmədik, telefonuna zəng çatmır. İndi məlum olur ki, onu da saxlayıblar. Dəyanət Babayev saxlanıldıqdan sonra yenidən məntəqədən dedilər ki, Elgiz orada saxlanılmır. Təəccüb içindəyəm, görəsən nə baş verir? Oğlumun harada olduğu barədə məlumat verilmir. Dəyanət Babayevi hansı səbəbdən saxladlar? Təəccüblüdür! ”, Əlövsət Sadıqlı Amerikanın Səsinə bildirib.

Öz növbəsində, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin növbətçi hissəsindən Amerikanın Səsinə bildiriblər ki, oraya Dəyanət Babayev adlı şəxs gətirilməyib.

Siyasi fəal Dəyanət Babayev 2012-ci ildə də həbs edilib. Nəsimi Rayon Məhkəməsinin hökmü ilə fəal xuliqanlıqda ittiham edilərək 3 il həbsə məhkum eidlib, Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edilərək cəzanı 2 il şərti cəza ilə əvəzlənib.

XS
SM
MD
LG