Accessibility links

AXCP-nin 6 fəalı həbs edilib


AXCP
AXCP

Azərbaycan Xalq Cəbhəsi Partiyasının bu gün keçirilən mitinqin təşkilatçıları olan 6 fəalı - Saqif Qurbanov, Vidadi Guliyev, İsmayıl Həsənov, Baba Suleymanov, Əli İmanxanlı və Ruslan Nəsirlii aprelin 13-də saxlanılaraq məhkəmələr tərəfindən hər biri 15 sutka inzibati həbsə məhkum edilib. Bu barədə AXCP-nin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər.

Aprelin 14-də keçirilən mitinqdə AXCP sədri Əli Kərimli fəalların həbsinin siyasi sifariş olduğunu deyib.

“İqtidar mitinqin təşkilatçılarını həbs etməklə askiyada kütləviliyin qarşısını almaq istəyirdi. Amma, buna nail ola bilmədilər”, o qeyd edib.

Xatırladaq ki, hazırda AXCP-nin 8 fəalı inzibati qaydada həbsdədir. Daha iki fəal - Orxan Baxışlı və Abdulla Mahmudov müxalifətin martın 31-də keçirilən mitinqindən öncə martın 27-də həbs edilib. Onalrın hər biri 30 sutka inzibati həbsə məhkum edilib.

Rəsmi qurumlar AXCP fəallarının həbsinin səbəbləri ilə bağlı hələ məlumat yaymayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Böyük Britaniya Ukrayna ilə hərbi əməkdaşlıq sazişi imzalayıb
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG