Accessibility links

Siyasi mühacirin qardaşı həbs edilib


Rəşad Qurbanov Fransada etiraz aksiyasında
Rəşad Qurbanov Fransada etiraz aksiyasında

Avropada yaşayan azərbaycanlı siyasi mühacir Rəşad Qurbanov Mingəçevir şəhərində qardaşının həbs olunduğunu bildirib.

Mingəçevir Şəhər Polis İdarəsində Fuad Qurbanovdan videokamera qarşısında öz qardaşını təhqir etməyi tələb ediblər və o bunu etməkdən imtina edib.

"Son məlumatlara görə, qardaşımı 30 sutka həbs ediblər və Gəncəyə etap ediblər", - R.Qurbanovun aprelin 27-də yaydığı bəyanatda deyilir.

Bundan öncə martın 8-də R.Qurbanovun qaynı İlkin Quliyev Şəkidə saxlanılıb. O, polisə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası alıb.

R.Qurbanov bildirib ki, martın 2-də Fransada Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyasında iştirak etdikdən sonra ona qarşı təzyiqlər başlayıb.

Bundan əlavə, R.Qurbanov sosial şəbəkələrdə fəallıq göstərir.

Azərbaycanın rəsmi qurumları Fuad Qurbanovun həbsinin səbəbləri ilə bağlı hələ açıqlama verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG